Ordu haqqında neqativ danışanlar dövlətinə və millətinə xəyanət yolu tutanlardır -MÜNASİBƏT
“Azərbaycan ordusu dövlətimizin və xalqımızın qürur mənbəyidir. Biz bu ordunun və bu orduda xidmət edən qəhraman igid əsgər və zabitlərimizin sayəsində 30 il ərzində işğal altında olan ərazilərimizi işğaldan azad etdik, qürurumuz özümüzə qaytardıq, başımızı bu gün dik tuturuq”. Bunu SİA-ya açıqlamasında AMİP sədri Arzuxan Əlizadə deyib.
Arzuxan Əlizadə bildirib ki, bu gün bütün dünya Azərbaycan ordusunun şücaətindən danışır: “Ordumuzun xüsusilə də ikinci Qarabağ savaşında hərbi taktiki gedişləri dünya hərb tarixinə qızıl hərflərlə yazılmaqla yanaşı bir sıra aparıcı ölkələrin hərb dərsliklərinə salınıb və öyrənilməkdədir. Ümumiyyətlə, ordu haqqında yalnız yaxşı danışmaq olar. Artıq Azərbaycan ordusu qardaş Türkiyə ordusu kimi yenidən formalaşmaqdadır. Biz Qarabağ savaşında və ondan sonrakı dönəm də həyata keçirilən antiterror tədbirləri ilə ordumuzun nəyə qadir olduğunu bir daha sübut etdik. Bu gün ordu haqqında neqativ fikir səsləndirənlər, əslində dövlətinə və millətinə xəyanət yolu tutanlardır. Onların bu cür hərəkətləri düşmən dəyirmanına su tökməkdən başqa bir şey deyil. Bir daha qeyd edirəm ki, Azərbaycan ordusu xalqın qürur mənbəyidir və biz ordumuzla qürur duyuruq. Fəxrlə deyə bilərik ki, Azərbaycan ordusu heç bir mübaliğəsiz regionun ən güclü ordusudur və eləcə də bu gün dünyanın 50 güclü orduları sırasında özünə layiqli yer tutub. Bundan sonra da, ordumuzun daha da güclənməsi istiqamətində addımlar atılmaqdadır. Ordumuzun maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində ciddi addımlar atılır. Mmüasir silahlardan istifadə etmək qabiliyyətinə malik olan əsgər və zabitlərimiz də təlimlər vasitəsilə təkmilləşdirilir, yetişdirilir. Azərbaycan ordusunun gələcəkdə də hər zaman Azərbaycan xalqının və dövlətinin qürur mənbəyi olacağı şəksiz və şübhəsizdir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB