ABŞ-dən Qarabağdakı sülhməramlılarla bağlı təklif

ABŞ-dən Qarabağdakı sülhməramlılarla bağlı təklif

ABŞ Rusiya sülhməramlılarının Azərbaycan ərazilərində beş illik fəaliyyət müddəti başa çatdıqdan sonra çıxarılması üçün daha stabil yol tapmalıdır.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O-Brayn Xarici İşlər Komitəsində Rusiyanın post-sovet ölkələri vasitəsilə sanksiyalardan yayınmasına dair suala cavabında bildirib.

“Biz Ermənistanın özünü idarə etməsi və Rusiya sülhməramlılarının beş illik fəaliyyət müddəti başa çatdıqdan sonra çıxarılması üçün daha stabil yol tapmalıyıq. Biz bunu yalnız ortaya çıxan sülh razılaşması üzərində dərindən məşğul olduğumuz zaman edə bilərik. Biz kənarda qalsaq Rusiya sərhədə nəzarət etməyə davam edəcək”, - Obrayn deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə