“Ermənistan terroru dövlət siyasəti səviyyəsinə qaldıran ölkədir“ - DEPUTAT ŞƏRH ETDİ

“Ermənistan terroru dövlət siyasəti səviyyəsinə qaldıran ölkədir“ - DEPUTAT ŞƏRH ETDİ

“Avropa İttifaqı və Fransanın Ermənistanı aktiv şəkildə silahlandırmasının başlıca məqsədi Cənubi Qafqaz regionunu geosiyasi qarşıdurma meydanına çevirməkdir. Ermənistan Qərb tərəfindən rahatlıqla idarə olunan ölkədir. Belə olan halda isə bütövlükdə region üçün təhlükəli vəziyyət yaranır”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Elşad Mirbəşiroğlu deyib.

Deputat bildirib ki, Ermənistan təcavüzkar və işğalçı dövlətdir: “Qonşu ölkələrə qarşı açıq ərazi iddiaları ilə çıxış edir. Eyni zamanda Ermənistan terroru dövlət siyasətinə qaldıran ölkədir. Amma Ermənistan ABŞ və Aİ-nin əlində alət olduğu üçün onun törətdiyi cinayətlər və yaratdığı təhdidlərə göz yumulur. Yəni ABŞ və Avropa üçün həqiqət kimi bir amil mövcud deyil, onların öz maraqları var.

Ermənistan Qərbin əlində alət olduğundan onlar Ermənistanın bütün cinayətlərini ört-basdır etməyə çalışırlar. Ermənistanın regionda yenidən gərginlik yaratmaq istəkləri olacaqsa, onu da dəstəkləyəcəklər. Bu isə bütövlükdə regionda əməkdaşlıq üçün çox təhlükəlidir.

Fransanın da Ermənistana aşkar dəstək göstərməsi, onu silahlandırması yenə də Fransanın imperialist düşüncələrindən irəli gəlir. Ermənistan artıq öz ərazisini poliqon kimi istifadə etmək üçün Qərbə verib. Bu baxımdan da Ermənistandan təhlükəli məqsədlərində istifadə etsinlər deyə onu silahlandırırlar”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə