“Ermənistan Fransaya uyarsa, Zəngəzur, Dərələyəz və Göyçəni itirəcək” - POLİTOLOQ ŞƏRH ETDİ
“Fransa və Avropa İttifaqının Ermənistanı silahlandırması onun bir dövlət kimi çöküşünə gətirib çıxara bilər. Çünki Fransanın Qafqaza girmək istəyini nə Azərbaycan, nə Rusiya, nə də İran qəbul edir. Makron elə düşünür ki, silah verməklə nələrəsə nail ola biləcəyini düşünür. Amma bu tamamilə yanlış yanaşmadır. Çünki Ermənistanın nə normal siyasəti, nə də dövlətçilik ənənəsi var”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.
Politoloq bildirib ki, Azərbaycan bir növ Fransaya ciddi zərbə vurdu: “Makron Azərbaycana qarşı etmək istədiklərinin cavabını alıb. Ermənistan Fransaya uyaraq, Azərbaycan ərazisinə hücum edərsə, birmənalı şəkildə Zəngəzur, Dərələyəz və Göyçəni itirəcək. Yenidən hücum etdikləri təqdirdə yenidən Azərbaycanın gücünü görəcəklər. Hazırda onların yanında nə Rusiya, nə də İran var. Buna görə də Ermənistanın ağlı olsa, bu oyunlara getməz”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB