“44 günlük Vətən Müharibəsi nəticəsində azad olunan torpaqlarımıza artıq qayıdış başlanıb. Baxmayaraq ki, o ərazilər darmadağın edilmişdi və o ərazilərin bərpasında Azərbaycana heç kim yardımçı olmadı. Heç bir beynəlxalq təşkilat, heç bir dövlət yardım göstərmədi”. Bunu SİA-ya açıqlamasında siyasi ekspert, “Alyans” strateji araşdırmalar mərkəzinin sədri Abutalıb Səmədov deyib.
Onun sözlərinə görə, dövlətimiz öz imkanları hesabına həm minaları təmizləməyir, həm ev-esiyini itirmiş insanlar üçün yüksək səviyyəli yaşayış evlərini tikir, həm də insanların yurd yuvalarına qayıdışını təmin edir: “Azərbaycana heç kimin yardımı olmadan gördüyü işlər erməniləri məsuliyyətdən xilas edə bilməyəcək. Onlar işğal altında olmuş ərazilərdə törətdikləri vəhşiliklərə görə təzminat ödəmək məcburiyyətində qalacaqlar və bu təzminat yüz milyardlarla dollar həcmində olacaq. İndi artıq beynəlxalq mütəxəssisləri cəlb etməklə bu iş başlanıb və yəqin ki, yaxın müddətdə artıq beynəlxalq məhkəmələrdə ermənilərin təzminat ödəməsi prosesi başlayacaq. Geri qayıdan həmvətənlərimiz o torpaqları abadlaşdırmağa başlayacaqlar”.
Bütün xəbərlər Facebook səhifəmizdə