“İnsanlar YAP-a inanır, güvənir və etimad göstərir” - MÜNASİBƏT

“İnsanlar YAP-a inanır, güvənir və etimad göstərir” - MÜNASİBƏT

“Yeni Azərbaycan Partiyasının yaranması zamanın tələbi idi. İnsanlarımız arzusu idi və bu günki Yeni Azərbaycan Partiyası öz ətrafında milyonlar birləşdirir. Bu insanların əlbəttə ki, hər biri Yeni Azərbaycan Partiyasına inanaraq, güvənərək, etimad göstərərək daxil olublar”. Bunu SİA-ya açıqlamasında millət vəkili Jalə Əliyeva deyib.

Onun sözlərinə görə, Yeni Azərbaycan Partiyası Ulu Öndər Heydər Əliyevin qurduğu partiyadır: “Məhz Ulu Öndərin uzun illər rəhbərlik etdiyi və bu gün də Ulu Öndər Heydər Əliyevin siyasi, mənəvi varisi cənab Prezident İlham Əliyevin rəhbəri olduğu bu partiya həqiqətən də Azərbaycanın ictimai siyasi həyatında Azərbaycanın uğurlarının əldə edilməsində, Azərbaycanda vətəndaş həmrəyliyinin təmin edilməsində stabilliyin əmin-amanlığın bərqərar olunmasında çox böyük rol oynayıb. Yeni Azərbaycan Partiyası xalqın bütün nümayəndələrini ətrafında toplamağı bacaran və ölkənin mənafeləri baxımdan çıxış edən hərəkət edən bir partiya funksiyasını daşıyıb. Əlbəttə ki, yaranışının növbəti il dönümünü qeyd etməyə hazırlaşan Yeni Azərbaycan Partiyası əminik ki, bundan sonrakı zamanlarda da Azərbaycanda siyasi arenada aparıcı lider funksiyasını daşıyacaqdır. Bu partiyanın yaradıcısı Ulu Öndər Heydər Əliyevdir və bu günki rəhbəri hər bir Azərbaycan insanının qəlbində özünə xüsusi yer qurmuş Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevdir. İnsanlarımız bu partiyaya inanır, güvənir və etimad göstərir. Bir sözlə, Yeni Azərbaycan Partiyası hər bir zaman və bütün zamanlarda Azərbaycan insanlarının siyasi fikir tarixinin ən əhəmiyyətli zirvəsində dayanacaqdır”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə