“Fransanın Ermənistanı hərbi cəhətdən gücləndirməyə cəhd etməsi əslinə qalanda ermənilərin və Ermənistanın faydası üçün deyil. Fransa özünün Cənubi Qafqazda ki, məqsədləri naminə Ermənistandan istifadə edir”. Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
Onun sözlərinə görə, Ermənistanda yenə də özünü böyük güclərin qlobal oyunlarına alət etməyə həvəsli görünür: “Bir zamanlar Ermənistan daha çox Rusiyanın aləti olmağa könüllü şəkildə razılaşmışdı və nəticədə Ermənistanın başına gələnlər göz önündədir. Yəni faktiki olaraq özünü Rusiyaya təslim etmiş Ermənistan nəticədə elə bir vəziyyətə düşdü ki, bundan dərs çıxarması lazımdır. Amma təəssüflər olsun ki, Ermənistan bunu etmir. İndi də özünü Fransanın aləti kimi təqdim edir. Fransa Ermənistandan öz məqsədləri üçün alət kimi istifadə edir. Bunu da Ermənistan anlamalıdır, anlamadıqlarına görə başları çox əzab çəkib və çəkməydə də davam edəcəkdir. Ermənistanın iş birliyi edəcəyi iki ölkə var. Bütün dünyada iki ölkə Ermənistanın nicat qapısıdır. Bunlardan biri Azərbaycan Respublikasıdır, digəri də qardaş Türkiyə Cümhuriyyətidir. Nə qədər ki, Ermənistan nicatı bu dövlətlərdə, ölkələrda görmür onun başı hələ çox ağrayacaq. Ona görə də, Ermənistan rəhbərliyi düşünməlidir ki, Fransanın bu "alicənablığı" heç də onların özlərinin faydası üçün hesablanmayıb. Bundan məqsəd yalnız və yalnız Fransanın Cənubi Qafqaz bölgəsində möhkəmlənmək məqsədidir. Yəni başqa faydalı bir yönü yoxdur. Burada yenədə ayaq altında qalan Ermənistan və ermənilər olacaqdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB