“Bayrağımız göy üzündən heç bir zaman enməsin” - DEPUTAT DANIŞDI

“Bayrağımız göy üzündən heç bir zaman enməsin” - DEPUTAT DANIŞDI

“8 noyabr Zəfər Günü millətimiz və dövlətimizin tarixinin ən əlamətdar hadisələrindən biridir, milli qürur və fəxarət günüdür”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Musa Qasımlı deyib.

Deputat bildirib ki, üç il əvvəl Şuşa şəhərinin işğaldan azad edilməsi ilə düşmən məğlub oldu, diz çökdü, Azərbaycan əraziləri işğaldan azad edildi: “Bundan bir neçə il sonra 2023-cü il aprelin 23-də Laçında Həkəri çayının üstündə sərhəd buraxılış məntəqəsinin qurulması ilə dövlət sərhədlərimiz üzərində nəzarət yaradıldı. Oktyabrın 15-də cənab Prezident İlham Əliyev Xankəndində dövlət bayrağımızı qaldırdı, bu tarixi bir hadisə idi.

Bu gün Xankəndində keçirilən hərbi parad tariximizin ən qürurverici hadisələrindən biridir. Bu parad düşmənə göz dağı, dosta güvəndir. Azərbaycan Ermənistan və onların havadarları üzərində qazandığı möhtəşəm qələbənin göstəricisidir. Hesab edirəm ki, bu gün dünyanın hər bir yerində azərbaycanlılar başlarını dik tutaraq, gəzirlər.

Allah şəhidlərimizə rəhmət etsin, dövlətimiz və millətimizi, Ali Baş Komandanı qorusun. Bayrağımız göy üzündən heç bir zaman enməsin”.

Bütün xəbərlər Facebook səhifəmizdə