“Tofiq Yaqublu kimilər bilsin ki, …” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
“2024-cü ilin dövlət büdcəsinin 15 milyard manatı sosialyönümlü xərclərin maliyyələşməsinə istifadə olunacaq. Bu məbləğ cari ilin göstəricisindən 1 milyard 35 milyon manat və ya 7% çoxdur. Tofiq Yaqublunun dediyi sosial-iqtisadi inkişaf xərclərinin 27 % azaldalacağı ilə bağlı fikirləri hardan götürüldüyü məlum deyil”. Bu sözləri SİA-ya açıqlamasında deputat Azər Badamov Tofiq Yaqublunun fikirlərinə münasibət bildirərkən deyib.

Deputat sözlərinə belə davam edib: “2024 -cü ildə pensiyaların baza hissəsində 9-10%-ə qədər artımlar olacaq. Belə ki, 2024-cü ilin dövlət büdcəsində nəzərdə tutulmuş bütün proqarmların icrasının davam etdirlməsi üçün maddi təminatın yaradılması nəzərdə tutulur. Burda heç bir azalmalardan və sosial-iqtisadi inkişaf xərclərin azalmasından söhbət getmir.
Tofiq Yaqublunun Şahdağ Turizm Kompleksinə 2024-cü ildə yenə də 12,1 milyion manat vəsaitin ayrılmasını lazımsız olduğunu bildirməsi də onun bu kompleksdən tamamilə məlumatsız olmasının göstərir. Çünki, Şahdağ Turizm Kompleksi 2 min hektardan böyük olan bir ərazidə yerləşir. Bu kompleksdə tikinti işləri hələ də başa çatmayıb.
Hər il bu turizm kompleksində yeni xizək xətləri və xidmət sahələri istifadəyə verilməklə genişləndirlir. Şahdağ Turizm Kompleksinin gətirdiyi gəlirlər ancaq bu komplekslə kifayətlənmir. Şahdağ Turizm Kompleksi beynəlxalq səviyyədə tanınmış bir yerdir. Bura xaricdən xizək sürmək və dincəlmək üçün hər il 10 minlərlə insan gəlir. Xaricdən gələn turistlər ancaq Şahdağda dincəlməklə kifayətlənmirlər. Onlar ölkəmizə gəlmək üçün təyyarəyə minəndən pul xərcləməyə başlayırlar. Yəni, xarici turistlərin gəlişi ilə taksi xidməti, ictimai-iaşə xidməti, mağazalar, bazarlar və digər xidmət sahələrində canlanma baş verir. Yəni, Şahdağ Turizm Kompleksinin fəaliyyəti dolayısı ilə iqtisadiyyatın digər sahələrinə də gəlir qazandırır.
Şahdağ Turizm Kompleksi həm də bir məktəbdir. Burda gənclərimiz inkişaf edir, xidmət mədəniyyətini öyrənir və peşəkarlaşırlar. Şahdağda təcrübə qazanmış gənclərimizə ölkəmizin turizm sektorunda böyük tələbat var. Şahdağ Turizm Kompleksi həm də müasirlik gətirir. Müasir texnologiyalar və idmanın dağ xizək növünün inkişafına töhfə verir. Şahdağ Turizm Kompleksinə vəsaitin ayrılmasını lazımsız olduğunu hesab edənlər bilsinlər ki, Azərbaycan inkişaf edir deyiləndə, bu hər tərəfli inkişafdan söhbət gedir. Bura insanların rifahı, mədəniyyəti, idman sahəsi və digər sahələri daxildir. İnvestisyasız isə inkişaf olmur”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB