Vaqif Xaçatryanın 15 il müddətinə azadlıqdan məhrum edilməsi istənilib
Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçatryan Vaqif Çerkezoviçin bu gün cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilir. SİA xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.
İş üzrə dövlət ittihamçısı, Baş prokurorun köməkçisi Müqəddəs Sultanovun çıxış edərək Vaqif Xaçatryanın 15 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Prokuror çıxışında Vaqif Xaçatryanın cəzasının həbsxana rejimində çəkməsini və cəzası başa çatandan sonra Azərbaycan Respublikasının hüdudlarından çıxarılmasını istəyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB