“Millət müstəqil olmadıqca öz tarixini yaza bilməz” - Mübariz Qurbanlı
“Tarix elmi ideoloji elmdir. Millət müstəqil olmadıqca öz tarixini yaza bilməz. Bizim müstəqilliyimizin bərpa edilməsində mühüm hadisələrdən biri də məhz öz tariximizi yazmağa başlamağımızdır”. SİA xəbər verir ki, bu sözləri çıxışı zamanı Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
M.Qurbanlı bildirib ki, biz ermənilərlə yalnız hərb cəbhəsində üz-üzə deyilik: “Hərb cəbhəsində öz sözümüzü dedik. Lakin digər sahələr üzrə də mübarizəmizi davam etdirməliyik. Biz öz torpaqlarımıza qayıdacağıq, amma ora qayıtdıqda tədqiqatlar nəticəsində daha dərin tarixi bərpa edib, üzə çıxaracağıq. Bu cür tarixi əks etdirən kitabları xarici dillərdə nəşr etdirərək, beynəlxalq ictiamiyyətə də çatdırmayılıq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB