“Bunu Zəfər Konstitusiyası da adlandıra bilərik” - MÜNASİBƏT

“Bunu Zəfər Konstitusiyası da adlandıra bilərik” - MÜNASİBƏT

“1995-ci ilin 12 noyabr tarixində Azərbaycanda Konstitusiya Günü qeyd olunur. Konstitusiya günü Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Çünki Ulu Öndər Heydər Əliyev məhz həmin dövrdə Azərbaycanın dünyanın beynəlxalq münasibətlər sisteminə inteqrasiyası, hüquqi, siyasi, iqtisadi fəaliyyətin bərqərar olması istiqamətində mükəmməl bir Konstitusiya ehtiyac olduğunu qeyd etmişdir və xüsusda tarixçilər, dilçilər, hüquqşünaslar cəlb olunmaqla bir komissiya formalaşdırmışdır”. Bunu SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov deyib.

Onun sözlərinə görə, həmin komissiyanın sədri də Ulu Öndər Heydər Əliyev idi: “Burda hər bir maddə incəliklə işlənildi və hər bir müddəa diqqətlə nəzərdən keçirildi. Azərbaycan Respublikasının Konstitusiyanın qəbul olunması tarixi bir nəaliyyət kimi dəyərləndirildi. Konstitusiyamıza müxtəlif dövrlərdə əlavə və dəyişikliklərlə bağlı referendumlar keçirilmişdir. Biz həmin dövrə ekskursiya etsək deyə bilərik ki, bir sıra regional və qlobal dəyişikliklər referendum yolu ilə Konstitusiyada dəyişiklərin edilməsini zərurətə çevirmişdir. Məsələn, 2002-ci ildə Konstitusiyaya dəyişiklik ediləndə Azərbaycanın Avropa Şurasına üzvlüyü burada əsas götürüldü. Avropa Şurası bir sıra tələblərlə çıxış edirdi və bu Konstitusiyada öz əksini tapdı. 2009, 2016-cı illərdə də qeyd etdiyimiz kimi bu zərurət meydana gəldi. Düşünürəm ki, Azərbaycanın qələbəsi, tarixi Zəfərmiz, şanlı ordumuzun tarixi nailiyyəti həm də yeni Konstitusiya ilə bərkidilməlidir. Bunu Zəfər Konstitusiyası da adlandıra bilərik”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə