“Əli Kərimli Qarabağ məsələsi köklü şəkildə həllini tapdıqdan sonra yeni uydurmalar, bəhanələrlə diqqət mərkəzinə çevrilməyə çalışır.” Bunu SİA-ya açıqlamasında "Azadlıq Hərəkatçılar Birliyi"nin sədri Təhmasib Novruzov deyib.
Onun sözlərinə görə, qələbəmizə uğurlarımıza kölgə salmağa cəhd etmələri onların məkrli xislətindən irəli gəlir: “Bu adamın dövlətimizə, hakimiyyətə qarşı düşmənçilik mövqeyində dayanmasının səbəbi onun qəlbiqara olması və xarici qüvvələrdən maddi və mənəvi cəhətdən asılı olmasından irəli gəlir. Onların bu cür hərəkətlərə əl atmaları xarici havadarları tərəfindən verilən növbəti tapşırıqdır. Nə xarici qüvvələrin nə də ki, sapı özümüzdən olan baltaların Azərbaycan dövlətinin əldə etdiyi qələbəyə və uğurlarımıza kölgə salmaq cəhdləri baş tutmayacaq. Çünki hər kəs dağıdıcı müxalifətin iç üzünü onların özlərindən yaxşı bilir. Bu insanların hay-küyləri könül bulandırmaq cəhdindən başqa bir şey deyil. Biz xoşbəxt insanlarıq ki, bu dövrü və qələbəni görə bildik. Məhz Azərbaycan Prezidentinin qətiyyətli və uzaqgörən müdrik siyasəti nəticəsində Azərbaycan dövləti bu qələbəni əldə etdi”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB