“Belə getsə, Ermənistanın gələcəyi olmayacaq” - POLİTOLOQ AÇIQLADI
“Azərbaycan Prezidenti həmişə öz təşəbbüskarlığı ilə seçilir. Onun bütün proseslərə yanaşması qeyri-standart və qeyri-ənənəvi tərzdə baş verir. Çünki Prezidentimiz anlayır ki, məsələlərə yeni bir ovqat və gündəliyə yeni nəfəs gətirmək lazımdır. Bu ovqat və nəfəs bütün prosesləri yeni keyfiyyət və kəmiyyət müstəvisinə çıxarır”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Tofiq Abbasov deyib.

Onun sözlərinə görə, bu baxımdan Prezidentimizin “Qafqaz Evi” layihəsi də çox diqqətəlayidir: “Çünki Qafqaz bölgəsi beynəlxalq səvityədə ömrü boyu barıt çəlləyi kimi fikirlər doğururdu. Dünyada bir neçə bölgələr var ki, onlarla bağlı həmişə böyük narahatlıq və yeni münaqişələr üçün orada zəmin var.
Ermənistan kənar qüvvələrin təsiri altında olaraq çalışır ki, prosesləri qaynar bir xəttə gətirib çıxarsın. Azərbaycan isə buna imkan vermir və verməyəcək. Ona görə də “Qafqaz Evi” layihəsi yanaşma kimi həqiqətən həm Azərbaycan xalqına, həm ermənilərə, həm də digər xalqlara sabitlik gətirəcək. Bizim Prezidentimiz bunu görür. Amma çox təəssüf ki, ermənilər onlara fitva verən qüvvələrin təsiri altındadır. Bu proseslərdə insanların çoxluğu çalışır ki, onlar əməkdaşlıq yaratsınlar.
Ermənistan siyasi rəhbərliyi özü müstəqil qərar qəbul etmə iqtidarında deyil. O sadəcə kiməsə yaranmağa çalışır. Bu yollun əvvəli olsa da, axrı yoxdur. Çünki istər-istəməz Ermənistan sonda məğlub olacaq. Söhbət onun Azərbaycanla müharibədəki məğlubiyyətindən getmir. O öz yerini alıb. Söhbət ondan gedir ki, Ermənistan həm sülh mübarizəsi ətrafında, həm də yeni nəsillərinin gələcəyi uğrunda mübarizədə məğlubiyyətə uğrayır. Mən düşünürəm ki, belə getsə, Ermənistanın gələcəyi olmayacaq.
Onlar gərək aydın qərar versinlər: “Bəli, biz barışığa hazırıq və sizi düşmən kimi qəbul etmirik”. Bunun üçün də Ermənistan özünün qanunverici aktlarında, konstitusiyasında, Müstəqillik haqqında bəyannaməsində, təhlükəsizlik konsepsiyasında dəyişiklik edərək Azərbaycanla Türkiyənin adını düşmənlər sırasından çıxarsın. Bu olmasa, deməli ermənilərin bütün verdiyi vədlər xülya və dedikləri sözlər yalandır. Ermənistan gərək düşünsün. Bu düşünmənin məsuliyyəti də Nikol Paşinyanın üzərindədir”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB