““3+3” formatında münasibətlərin tənzimlənsində Qərb maraqlı deyil” - POLİTOLOQ ŞƏRH ETDİ
““3+3” formatda əməkdaşlıq region dövlətləri arasında dayanıqlı sülh və sabitliyin bərqərar olmasına, regional təhlükəsizlik problemlərinin birgə səylərlə və koordinasiya edilmiş şəkildə həllinə xidmət etməlidir”. Bunu SİA-ya açıqlamasında politoloq Elşən Manafov deyib.
Onun sözlərinə görə, bu formatda əməkdaşlığın qurulması və genişləndirilməsi ilə bağlı təklif Azərbaycan Prezidenti İlham Əliyevə məxsusdur: “Sonradan bu təklif region dövlətlərinin müzakirəsinə çıxarılıb. Gürcüstan istisna olmaqla dəstək alıb. O zaman Gürcüstan hakimiyyətində prezident və parlament arasında məlum layihəyə fərqli baxış və münasibət burada tərəflərin fərqli geosiyasi güc mərkəzləri ilə münasibətlərə verdikləri önəmdən irəli gəlib. Gürcüstan prezidenti xanım Zurabişvilinin qanunvericiliyin bununla bağlı səlahiyyət vermədiyi bir şəraitdə ölkənin xarici siyasət kursunun yönləndirilməsi ilə bağlı cəhdləri Qərbdən ona olan ismarıclarla bağlı olub. Lakin Qaribaşvilinin başçılıq etdiyi “Gürcü arzusu” iqtidar partiyası parlamentdəki qüvvələr nisbətindən çıxış edib Zurabaşviliyə impiçment məsələsini qaldırdıqda qərbçilər geri çəkildilər. Əslində Qərbin Saakaşvilini hakimiyyətdən uzaqlaşdırıldıqdan sonra Gürcüstanda revanş götürmək və ikinci "qızılgül inqilabı"nı həyata keçirmək cəhdlərinin qarşısı alındı. Ermənistandakı Paşinyan hakimiyyətinə gəlincə, onun Qərbin dəstəyi ilə hakimiyyətə gəldiyi nəzərə alınarsa, müstəqil qərar qəbul etmək iqtidarinda olmadığı birmənalıdır. Paşinyanin okeanin o tayındakı havadarları isə “3+3” formatında regional təhlükəsizlik problemlərinin həllinə fərqli mövqedən yanaşırlar. Səbəb bəllidir, bu formatda əməkdaşlıq bölgəyə 3-cü tərəfin, bölgəyə coğrafi anlamda aidiyyəti olmayan tərəfin regiondakı hadisələrə müdaxiləsinin əleyhinədir. Azərbaycanın Brüssel formatında son danışıqlara getməməsi, Fransanın danışıqlarda vasitəçi qismində iştirakıniın əleyhinə olması, Avropa İttufaqının müşahidəçi missiyasının ölkəmizə Qərbin nəzərdə tutduğu formatda gəlişinin əleyhinə olması bunların əyani göstəricisidir. Ermənistan hakimiyyəti bu formatda əməkdaşlıqla bağlı mövqelərində qeyri-səmimidir. Yəni dekonstruktiv mövqe nümayiş etdirəcəyinə şübhə yoxdur. Çünki oradakı mövcud hakimiyyət Qərbə yaxındır. Qərb də maraqlı deyil ki, “3+3” formatında iki ölkə münasibətləri tənzimlənsin”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB