“Biz hər zaman Azərbaycanın yanındayıq” - SABİQ TÜRK DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
“Hollandiya Erməni Təşkilatları Federasiyasının məlumatına görə, Hollandiya Parlamenti səs çoxluğu ilə iki qətnamə qəbul edib: biri Ermənistana hərbi dəstək, digəri isə Qarabağda etnik təmizləmə ilə bağlı. Parlament hökumətdən Aİ-nin digər üzv dövlətlərini Ermənistanın mümkün hərbi dəstək istəyinə müsbət cavab verməyə çağırmasını istəyir”. Bu sözləri SİA-ya açıqlamasında Türkiyənin Ərzurum şəhərindən olan sabiq deputat, professor Mustafa İlıcalı (məşhur türk iş adamı Acun İlıcalının əmisi) deyib.
Onun sözlərinə görə, Hollandiyanın mövqeyi bir neçə həftə əvvəl, Hollandiya parlamentinin təşəbbüsü ilə sentyabrın 21-də baş nazir Rutte ilə illik ümumi yığıncaq zamanı ifadə olunub: “Qətnamədə hüquqların təmin edilməsi üçün Qarabağa beynəlxalq humanitar yardım göstərilməsinə çağırış edilib və hökumətdən Qarabağda vəziyyətin pisləşəcəyi təqdirdə, məsələn, Aİ ilə Azərbaycan arasında qaz sazişinin dayandırılması kimi Avropa kontekstində mümkün sanksiyaları araşdırmağı xahiş olunub.
Baş nazir Rutte Azərbaycanın hərbi eskalasiyasını qəbuledilməz hesab etdikdən və Hollandiyanın Avropada tədbirlər görəcəyinə parlamenti əmin etdikdən və sanksiyaların müzakirə mövzusu olduğunu əlavə etdikdən sonra layihə səs çoxluğu ilə qəbul edilib”.
Mustafa İlıcalı sözlərinə belə davam edib: “Ermənistana səfər edən Fransanın xarici işlər naziri Ketrin Kolonna bildirib ki, Paris İrəvana hərbi texnika verilməsini “təsdiqləyib”. Kolonna açıqlamasında ölkəsinin Ermənistanın suverenliyi və ərazi bütövlüyündən narahat olduğunu, İrəvanla “həmrəy” olduqlarını bildirib.
Növbəti prosesdə Ermənistan hava hücumundan müdafiə sistemini təkmilləşdirmək üçün Fransada üç radar sistemi alıb və gələcəkdə hava hücumundan müdafiə raketlərinin satışı ilə bağlı da ilkin razılıq əldə edilib.
Azərbaycanlı qardaşlarımızın ədalətli mübarizəsində iki dövlət, bir millət olaraq birliyimiz daha ədalətli dünya üçün davam edəcək. Biz hər zaman onların yanındayıq”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB