Paşinyanın “təşəbbüs” və “layihə” kimi irəli sürdüyü UTOPİYA - TƏHLİL
İndiyə qədər heç bir vədinə əməl etməyən, hətta imza atdığı sənədlərə, ələlxüsus da Üçtərəfli Bəyannamənin müddəalarına görə cavabdehlik daşıdığını belə nəzərə almayan, bunun əvəzinə manipulyasiyalar edən Ermənistanın baş naziri Nikol Paşinyanın davamlı şəkildə avantüraya əl atmasının hər dəfə eskalasiyaya səbəb olduğu bəllidir və davranışlarından, tərzindən, eləcə də xəyallarından belə görünür ki, indi də yeni “təşəbbüs”, yeni “layihə” ilə çıxış edən bu avantürist nəticə çıxarmaq fikrində deyil. Qarabağda silahlı birləşmələrin fəaliyyətinə son qoyulması barədə Üçtərəfli Bəyannamənin şərtlərini üç il ərzində qulaq ardına vuran, qanunsuz erməni silahlı dəstələrinin Azərbaycan ərazisindən çıxarılması barədə rəsmi Bakının tələbinə məhəl qoymayan erməni baş nazir, artıq Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə keçirilən antiterror tədbirləri ilə həmin silahlı dəstənin tərksilah edilməsindən sonra, ölkəmizin bölgədə yaratdığı yeni reallığı gördüyü, Azərbaycanın öz məqsədlərinə nail olduğunu bir daha müşahidə etdiyi zaman yeni təşəbbüslərdən, regional layihələrdən dəm vurmağa başlayıb. Amma görünən odur ki, hələ də xəyallar aləmindən yaxa qurtara bilməyən Paşinyanın “təşəbbüsləri” utopiyadan başqa bir şey deyil, çünki dedikləri nə özünün, nə də ölkəsinin potensial imkanlarına heç də uyğun gəlməyən uydurma olaraq qiymətləndirilir.
Gürcüstan, Azərbaycan və Ermənistanın baş nazirlərinin iştirakı ilə Tbilisidə keçirlən İpək Yolu Beynəlxalq Forumunda sülh üçün “özünəməxsus” tezislərini səsləndirən və “Sülh kəsişməsi” adı altında təqdim etdiyi layihədə kommunikasiyaların açılmasını da, iqtisadi, siyası, mədəni məsələləri də vahid bir paketdə göstərən Nikol Paşinyan yenə də xəyallar aləminə baş vurub. Əslində, o özünü elə göstərib ki, guya Ermənistanın yeni yanaşmasını təqdim edib, amma görünən odur ki, dedikləri cəfəngiyyatdır. Erməni baş nazirin dedikləri ona görə cəfəngiyyat kimi səslənir ki, təkliflərinin reallaşdırılması ilə Ermənistanın imkanları qətiyyən üs-üstə düşmür və xeyli şübhələr doğurur. Ümumiyyətlə, bu vaxta qədər İrəvanın hansına bir layihədə “payının” olmamağını da nəzərə aldıqda bəlli olur ki, Ermənistan tərəfinin, ələlxüsus da baş nazir Paşinyanın boş danışıqlardan başqa heç nəyə gücü çatmır. Görünür elə ona görə də təxəyyülündə canlandırdığı xəyallarını ortaya atmaqdan başqa çarə görmür.
Məsələ burasındadır ki, Bakı və Ankaranın məhz İran marşrutu ilə dəhlizin aparılmasını gündəmə gətirməsi rəsmi İrəvanı kifayət qədər silkələyib və Paşinyan da, onun hakimiyyət komandası da bundan narahat olmağa başlayıb. Ona görə ki, Zəngəzur dəhlizindən tamamilə imtina etməyin, yaxud həmin dəhlizdən məhrum olmağın Ermənistan üçün ciddi itgilər vəd etdiyinin artıq ermənilər fərqindədirlər. Fərqindədirlər ki, yenə də marginallaşmış vəziyyətdə qalmaları davam edə bilər. Məhz bu səbəbdən də Ermənistan tərəfi öz mövqeyində müəyyən “korrektə” etməklə, nəyə isə nail olmaq niyyətinə düşüb. Amma hər bir halda, erməni baş nazirin dedikləri qətiyyən reallıqla uzlaşana oxşamır və kommunikasiyaların açılması üçün indiyə qədər heç bir addım atmamasının, ələlxüsus da ölkəsinin maliyyə cəhətdən bunları qarşılamaq potensialında olmamasının fonunda onun dedikləri, irəli sürdüyü təşəbbüslər ancaq utopik xarakter daşıya bilər.
Üçtərəfli Bəyannamənin şərtlərinə uyğun olaraq, şəxsən baş nazir Nikol Paşinyanın imzası ilə Ermənistan tərəfinin öz üzərinə “Zəngəzur dəhlizi” ilə bağlı öhdəlik götürdüyü təkcə bizim üçün yox, Rusiya tərəfi üçün də, Qərb ölkələri üçün də, beynəlxalq təşkilatlar üçün də, dünya ictimaiyyəti üçün də sirr deyil və məhz rəsmi İrəvanın prosesə mane olması, pozuculuq fəaliyyəti, məsələni gah qulaq ardına vurması, gah da bunu danması səbəbindən dəhlizlə bağlı işlərin bu vaxta qədər gecikməsi də hamıya bəllidir. Bəllidir ki, “Zəngəzur dəhlizi” ilə bağlı öhdəlikdən Ermənistan tərəfi boyun qaçırıb və üç il müddətində rəsmi İrəvan bu istiqamətdə bircə addım belə atmayıb. Maraqlıdır ki, bütün bunların fonunda Paşinyan hansı üzlə layihə, yaxud təşəbbüs irəli sürür və hansı əsasla, hansı məntiqə əsaslanaraq, bunun qəbul olunacağını düşünür? Ümumiyyətlə, Üçtərəfli Bəyannaməyə imza ataraq, üzərinə öhdəlik şəklində götürdüklərinə əməl etmədiyi halda, onun bir forumda səsləndirdiyi layihəni, təşəbbüsü hamının qəbul edəcəyinə ümid etməyə belə haqqı çatırmı? Əlbəttə ki, çatmır və elə buna görə də onun dedikləri xəyal olaraq, utopiya olaraq qəbul olunur və heç özü də dediklərinin reallaşacağına inanmır.
Nikol Paşinyan özünü nə qədər axmaq yerinə qoysa belə, nə qədər ağılsız kimi göstərsə belə, istənilən lahiyə və yaxud təşəbbüsün reallaşması üçün maliyyə vəsaiti tələb olunduğunu bilir. Onu da bilir ki, hansısa layihəni irəli sürdükdən sonra onun reallaşması üçün müvafiq miqdarda maliyyə vəsaiti barədə də, ən azından düşünmək məcburiyyətindədir. Amma görünən odur ki, Vovayeviç bu barədə heç düşünməyib də. Əks halda belə bir təşəbbüslə bağlı səsini də çıxarmazdı, çünki irəli sürdüyü təşəbbüsün reallaşması üçün maliyyə məsrəflərinə ölkəsinin imkanı olmadığını hamıdan yaxşı özü bilir. Bilir ki, irəli sürdüyü layihə yüzlərlə kilometr yolun, dəmiryolunun çəkilməsini tələb edir və bunun üçün də ilk növbədə maliyyə vəsaiti ayrılmalıdır, hansıki bu maliyyə vəsaiti də onun səfalət içərisində olan ölkəsi üçün ən böyük problemlərdən biridir. Bu isə o deməkdir ki, Paşinyan bunları bilə-bilə hansısa layihədən, təşəbbüsdən danışmaqla ən azından xəyalpərəstlik edir. Dediklərinin isə utopiyadan başqa bir şey olmadığını özü də yaxşı başa düşür və hamıdan əvvəl bunu özü bilir.
Hələ bu vaxta qədər ən qısa yolun belə çəkilişini həll edə bilməyən Ermənistanın baş nazirinin yüzlərlə kilometr yolun çəkilişi, yeni layihə, yeni təşəbbüs barədə ağız dolusu danışması çox gülüncdür. Uzun illərdir İrandan magistral yol, dəmiryol xətti çəkmək istəyən Ermənistanın sonda, bunun üçün vəsaitinin olmamasını etiraf etməsi fonunda baş nazir Paşinyanın Tbilisidə keçirlən İpək Yolu Beynəlxalq Forumunda müvafiq təşəbbüslə çıxış etməsi, əlbəttə ki, gülünc olmaya bilməz, çünki ən qısa yolun çəkilişinə imkanı olmayan bir ölkənin rəhbəri dəfələrlə uzun yolun çəkilişindən utanmadan dəm vurur. Digər tərəfdən də, fakt bundan ibarətdir ki, regionun dağlıq relyefi bu tip layihələrin reallaşması məsrəflərini daha da artırır və az miqdarda vəsaitin öhdəsindən gələ bilməyən ölkənin daha artıq maliyyə vəsaiti tələb edən lahiyə ilə çıxış etməsi yenə də Nikol Paşinyanın dediklərinin, təşəbbüsünün utopiya olduğu qənaətinə gəlmək üçün əsas verir. Çünki Paşinyan nə qədər ağılsız olsa belə, dağlıq relyefi olan ərazilərdə yolların çəkilməsinə daha çox vəsait tələb olunduğunu başa düşməyə, bilməyə bilməz.
Ən çox diqqəti cəlb edən, sual doğuran isə, hal-hazırki dövrə qədər nəinki qlobal, hətta bircə dənə də olsa regional layihəni belə həyata keçirməyən Ermənistan tərəfinin çox böyük bir layihə və təşəbbüslə çıxış etməsidir. Hər halda ilk layihə olaraq, məsuliyyətini də olsa baş nazir başa düşməli idi. Hansısa hesablama da olsa aparmalı və ölkəsinin mövcud vəziyyətini, durumunu da bu hesablamalar zamanı nəzərə almalı idi. Belə çıxır ki, Nikol bununla bağlı nə bir hesablama aparmayıb, nə də maliyyə mənbələri barədə heç düşünməyib. O zaman Nikol Paşinyanın təşəbbüsünə, layihəsinə nə ad vermək olar? Bunun ən yaxşı halda, boş sözdən ibarət olduğu qənaətinə gəlmək doğru deyilmi? Əlbəttə ki, doğrudur və baş nazirin belə boş danışığı, məhz irəli sürülən təşəbbüsün də, layhənin də onun xəyalı olduğunu, utopiya olduğunu ortaya qoyur.
Tarixi faktlara nəzər saldıqda da görürük ki, haylar bu vaxta qədər hansısa dövlətin himayəsi altında öz mövcudluqlarını belə güclə qoruya biliblər. Məhz elə himayə altında haylar özlərinə məxsus olmayan torpaqlarda məskunlaşaraq, elə kimlərinsə himayəsi ilə də dövlət qurublar. Hayların bu dövlət adlandırdığının müstəqilliyindən söhbət gedə bilmədiyi halda, özlərini suveren adlandırsalar da, hələ də daxili ehtiyaclarını belə parazit kimi, başqalarının hesabına, başqa dövlətlərin, güclərin maliyyəsi hesabına qarşılayırlar. Ermənistanın sərhədlərini də özü yox, başqa ölkə qoruyur və sınıq-salxaq hərbi texnikaları, arsenalı, imkanları belə pulsuz silah-sursat verilməsi hesabına təmin olunur. Ermənistan barədə danışarkən belə, hansısa təbii ehtiyatlardan, iqtisadi fəaliyyətdən söz açmaq mümkün deyil. Eyni zamanda, sənayesi, kənd təsərrüfatı, ümumilikdə, istehsal sahələri də olmayan bir ölkəyə maliyyə axını ancaq xaricdəki diaspora xəttindəndir və bu dövlətin daxilində ən xırda layihələr belə dövlət tərəfindən deyil, məhz həmin o diaspora təşkilatları, yaxud onların təsiri altında olanlar tərəfindən maliyyələşdirilir. Belə olan halda, Nikol Paşinyana sual oluna bilər ki, bəs irəli sürdüyü bu boyda layihənin pulunu, yəni həmin layihə və təşəbbüsün reallaşdırılması üçün lazım olan maliyyə vəsaitlərini önun ölkəsi ödəyə bilərmi? Sözsüz ki, ödəyə bilməz. O zaman Ermənistan adlı bir ölkənin baş naziri nədən dəm vurur və görəsən bu xəyalpərəstin uydurmaları bir sərhəd tanıyır, yoxsa yox? Hətta öz ölkəsində bircə dənə xırda layihəni belə rəhbərlik etdiyi dövlətin maliyyələşdirə bilməməsi fonunda, regional, yaxud da qlobal layihələr, təşəbbüslər barədə ağız dolusu danışmaq, qısa şəkildə desək, elə utopiyadır və layihə, yaxud təşəbbüs deyilənin Nikol Paşinyana da, Ermənistana da qətiyyən aidiyyəti belə yoxdur və heç zaman da olmayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB