"Qərbi azərbaycanlılara qarşı aparılan soyqırımla bağlı cinayət işi başlanılıb" - Elmar Camalov

"Qərbi azərbaycanlılara qarşı aparılan soyqırımla bağlı cinayət işi başlanılıb" - Elmar Camalov

“Qərbi azərbaycanlılara qarşı aparılmış soyqırımı və digər cinayət hadisələri ilə bağlı bir neçə maddə üzrə cinayət işi başlanılıb. 1988-ci ildən başlayaraq I Qarabağ müharibəsi zamanında da qanunsuz erməni silahlı birləşmələri tərəfindən azərbaycanlıların didərgin salınması, əsir və girovlara qarşı işgəncələr verilməsi və digər hadisələrlə əlaqədar cinayət işlərinin istintaqları aparılmaqdadır". SİA xəbər verir ki, bu sözləri Baş prokurorun müavini Elmar Camalov Bakıda keçirilən "Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqi" hesabatının təqdimatında deyib.

"Həmin cinayət işi çərçivəsində Azərbaycanın müxtəlif bölgələrində həyata keçirilmiş soyqırımlar, kütləvi qətllər, əsirlikdə olan şəxslərə qarşı işgəncələr, müharibə cinayətləri sübuta yetirilib",- deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə