Böyük müharibə anonsu - ANALİTİK

Böyük müharibə anonsu - ANALİTİK

Yaxud Fransa niyə diktatorluğu seçir?

1947-ci ildə BMT-də Fələstinin yəhudi və ərəb dövlətlərinə bölünməsinə və Qüdsün (Yerusəlimin) BMT nəzarəti altında xüsusi statusa malik ayrıca bir şəhərə çevrilməsinə səs verildi. Bu plan yəhudi liderləri tərəfindən qəbul edilsə də, ərəblər buna razı olmadıqları üçün İsrail dövlətinin yaranmasına qarşı çıxmaqla yanaşı, Fələstin dövlətini də yaratmadılar. Bu tarixdən 76 il keçir. Yəni 76 ildir ki, Yaxın Şərqdən top-tüfəng səsləri gəlməkdədir. İsraillə qonşusu ərəb dövlətləri ilə açıq müharibələri də az olmayıb. Lokal müharibələrin sayını isə bilən yoxdur. İlk baxışda belə görünə bilər ki, ərəblər dövlət qura bilmirlər, ya da buna cəhd etmirlər. Yox, əgər belə olsaydı, dünyada 21 ərəb dövləti olmazdı. Onlar dövlət qurmağın yollarını bilirlər, lap ingilislər kimi.

Zaman-zaman iki tərəf arasında görüşlər keçirilib, bəzən sülhə çox yaxınlaşıblar. Amma hansısa qüvvələr yenidən münaqişəni alovlandırmağı bacarıblar. 4 noyabr 1995-ci ildə İsrailin sülhə imza atmış Baş naziri İshak Rabinin bir yəhudi ekstremisti tərəfindən öldürülməsinin arxasında da həmin güclərin dayandığı istisna deyil. 2000-ci illərdə sülh prosesini canlandırmaq cəhdləri edildi, o cümlədən 2003-cü ildə dünya gücləri tərəfindən son məqsədi iki dövlətli həll olan yol xəritəsi hazırlandı, lakin bu heç vaxt həyata keçirilmədi. Sülh səyləri nəhayət 2014-cü ildə Vashingtonda israillilərlə fələstinlilər arasında danışıqların nəticəsiz qalması ilə dayandı. Ən son sülh planı Donald Tramp prezident olduğu zaman ABŞ tərəfindən hazırlandı. Baş nazir Netanyahu onu "əsrin müqaviləsi" adlandırdı, lakin plan fələstinlilər tərəfindən rədd edildi və heç vaxt qəbul olunmadı.

Bəs israillilərlə fələstinlilər arasında əsas problemlər nədir və kimlər bundan faydalanır? Hər iki tərəfin razılaşa bilmədiyi bir sıra məsələlər var. Bunlar fələstinli qaçqınların taleyinin necə olması, işğal edilmiş İordan çayının qərb sahilindəki yəhudi məskənləri qalması, yoxsa sökülməsi, Qüdsün ikiyə bölünməsi və ən çətini, Fələstin dövləti yaradılması suallarına aydınlıq gətirilməsidir.

Keçmişdə baş verənlərin məntiqi nəticəsi olaraq bu gün Yaxın Şərqdə baş verən qanlı hadisələrə dünya birliyinin münasibəti necədir? Əlbəttə, səmimi, həqiqətən sülhyaratma missiyasına sadiq dövlət tapmaq bir az şətindir. Demək olar ki, yoxdur. Məsələn son hadisələrdə ABŞ, Avropa Birliyi və digər Qərb ölkələri HƏMASın İsrailə qarşı hücumlarını pisləyib. İsrailin ən yaxın müttəfiqi olan ABŞ bu illər ərzində yəhudi dövlətinə 260 milyard dollardan çox hərbi və iqtisadi yardım edib və əlavə avadanlıq və sursat vəd edir. ABŞ həmçinin Aralıq dənizinin şərqinə bir təyyarə gəmisi, digər gəmilər və reaktiv təyyarələr göndərdiyini bildirib.
Rusiya və Çin HƏMASı qınamaqdan imtina edib və münaqişədə hər iki tərəflə əlaqə saxladıqlarını bildiriblər. Rusiya prezidenti Yaxın Şərqdə sülhün olmamasında ABŞ siyasətini günahlandırıb. Regional güc İran isə HƏMASın, eləcə də İsrailin digər regional düşməni Livanın “Hizbullah” hərəkatının əsas dəstəkçisidir. İranın bir neçə gün əvvəl hücumlara icazə verdiyi barədə xəbərlərdən sonra Tehran hücumlarla hər hansı əlaqəsi olmasını təkzib edib.

Deməli, adı keçən bütün dövlətlərin maraqları bu qanlı olayların başlamasına və indiki şəkil almasına böyük “yardımçı” olub. Əgər belə olmasaydı, fələstin və yəhudilərin kütləvi şəkildə həlak olmasına seyrçi qalmaz, problemi yalnız iki tərəfiin maraqları çərçivəsində həll olunmasına çalışardılar. Təəssüf ki, bu, belə deyil. Fransa kimi imperializmin ta özəyi olan qeyri-regional ölkələr burada meydan sulayır, tərəfləri sülhə yox mühatibəyə təhrik edirlər. Yelisey Sarayının indiki “kənxudası” Makron Makron beynəlxalq koalisiyaya XAMAS-a qarşı mübarizəyə başlamağı təklif edib. Makron məsələni yerində müzakirə etmək üçün İsrailə səfər edib, sonra isə Fələstin lideri Mahmud Abbasla görüşüb. ABŞ-ın təşkilatçılığı ilə Misirdə baş tutan görüşdə isə İsrail nümayəndəsi iştirak etməyib. Yəni, buna səmərəsiz görüş də demək olar. Vaşinqtona qayıtdıqdan sonra Bayden Yaxın Şərqdəki hadisələri şərh edərkən bildirib ki, “hələ müharibəni dayandırmağın vaxtı deyil”. Buradan belə nəticə çıxarmaq olar ki, ABŞ, Fransa və ümumilikdə Qərbin yanaşması bölgədə sülhü bərpa etmək, hər iki tərəfdən minlərlə insanın ölümünə səbəb olan qanlı döyüşləri dayandırmaq yox, müharibəni daha da alovlandırmağa yönəlib. Qərb sülhdə maraqlı deyil. Makron sülh təklif etməkdənsə müharibə variantına üstünlük verir. Bu əslində Fransanın xarici siyasətinə tam uyğundur və nə qədər barbar, diktator olduğuna işarədir. Fransa eyni siyasəti Cənubi Qafqazda da həyata keçirməyə cəhd göstərir. Bunun üçün Ermənistanı silahlandırır, müharibə təşviqatı aparır, məğlub ölkənin rəhbərlərini əvəzçıxmaya həvəsləndirir.

Bəs İrəvan nə istəyir, sülh, yoxsa..?

Ermənistan sürətlə silahlanır, desək bir az yanlış olar, ermənilər arxa-dayaq axtarır. Onların əvəzindən müharibə aparan, pulunu xərcləyən, onları yedirən-içirən, qayğısı ilə məşğul olan, bəsləyən “dayə”yə ehtiyacları var. Bu günə qədər himayədarları Rusiya idi, onları Asiya çöllüklərindən, Şərqi Avropanın zibilliklərindən toplayıb Qafqaza gətirmişdilər. Onlara torpaqlar, ərazilər verən, adam edən, bütün ehtiyaclarını ödəyən çar Rusiyası bu ikiayaqlı məxluqlara vədlər də vermişdilər. “Vəfalı dost”, etibarlı təbəə rolunu məharətlə oynamağı bacaran ermənilərə türk torpaqlarında, həm də bərəkətli torpaqlarda dövlət qurmalarına hərtərəfli yardım edəcəklərinə də söz vermişdilər. Və bunu etdilər də. I Pyotrun başlatdığını onun hərəmi və daha sonra onun oğulları və proletariat diktaturasına rəhbərlik edənlər davam etdirdilər. Ta ki, ermənilər üzə durana, “sahibləri”nin üzünə ağ olana qədər.

Ermənistan 44 günlük müharibədə məğlub olandan sonra “maşa tutan”ını dəyişmək qərarına gəlib və bunu reallaşdırmaqdadır. Rusiyanın qucağından hələ də düşməyən Ermənistanın Fransa ilə yeni izdivaca necə girəcəyi sirr-xuda olaraq qalır. Məsələ burasındadır ki, Moskva İrəvanın talağını geri oxutmaq fikrindən çox uzaqdır. “De-fakto” bu, mümkün də deyil, çünki pozuluşmaq üçün əldə etdiklərindən imtina etməlisən. Əgər Azərbaycan torpaqları üzərində qurulmuş bu dövləti ermənilərə “cehiz” olaraq veribsə, izdivac pozulanda onu geri qaytarmalıdır. Belə görünür ki, ermənilər nəyin fərqində olduqlarını dərk etməkdə çətinlik çəkirlər.

Fransa-Ermənistan "cütləşmə"si necə baş verir?

Fransa Ermənistana hərbi texnika, o cümlədən radar sistemləri və hava hücumundan müdafiə sistemləri satdığını elan edib. Fransanın müdafiə naziri Sebastyan Lekornu bildirib ki, bu texnika “müdafiə xarakteri daşıyır” və yalnız “Ermənistan ərazisinə təcavüzə” cavab olaraq istifadə edilə bilər. Lekornu Ermənistanın müdafiə naziri Suren Papikyanla birgə keçirdiyi mətbuat konfransında deyib ki, Ermənistan Fransanın “Thales” müdafiə qrupundan üç “Ground Master 200” (GM200) radar sistemi alacaq. Artıq Ukraynada istifadə olunan bu sistem yaxşı aşkarlama imkanları ilə tanınır. Nazirlər, həmçinin, “Thales” və Avropanın raket istehsalçısı MBDA şirkətlərinin iştirakı ilə Ermənistanın hava hücumundan müdafiə sistemləri almasına dair niyyət protokolu imzalayıblar. Lekornu və Papikyan arasında keçirilən görüşdən sonra Fransa və Ermənistan müdafiə sahəsində ikitərəfli əməkdaşlığa dair sənəd imzalayıb. Görüşdə eyni zamanda yeni imkanlar, müdafiə sistemlərinin əldə edilməsi, hərbi, təhsil, təlim, təcrübə mübadiləsi və qarşılıqlı maraq doğuran digər sahələrdən bəhs olundu, həmçinin ikitərəfli əməkdaşlığa dair sənədlər imzalanıb.

Ermənistan-Fransa ikitərəfli müdafiə əməkdaşlığı və regional təhlükəsizlik məsələləri də müzakirə edilib. Ermənistanın müdafiə naziri fransalı parlamentarilərə milli və Avropa platformalarında əməkdaşlığın inkişafına və ermənipərəst fəaliyyətə kömək etdiklərinə görə təşəkkür edib. Gün ərzində nazir Papikyan “Les Invalides” Hərbi Əlillərin Reabilitasiyası və Veteranlara Dəstək Mərkəzinə baş çəkib, mərkəzin fəaliyyəti ilə tanış olub.

Fransanın Azərbaycanla bağlı yeni qorxusu…

Fransa Ermənistana hava hücumundan müdafiə sistemləri kimi hərbi ləvazimatları satır, Fransa hökuməti bildirib ki, “Azərbaycan Qarabağı ələ keçirməsindən sonra qonşusunun ərazisinə hücumları davam etdirə biləcəyinə dair qorxular artıb”. Politico nəşri isə ABŞ dövlət katibi Antoni Blinkenin ifadə etdiyi narahatlıqlardan yazıb və qeyd edib ki, “bu, Azərbaycanın regional ambisiyalarının sonu olmaya bilər, indi bütün diqqətlər Ermənistanın İranla sərhədi boyunca uzanan Zəngəzur dəhlizindədir. Təhlükə ondan ibarətdir ki, Bakı qüvvələrinin növbəti addımı Türkiyə, Rusiya və İranın əsas strateji maraqlarının olduğu regionda Cənubi Qafqazda daha geniş münaqişəyə səbəb ola bilər”. Paris hələ də Blinkenin məhz belə dediyinə inanır. Halbuki, bu fikirlər Blinkendən çox "Politoco"nun uydurmasıdır. Axı, müharibə, yaxud yeni gərginlik üçün bəhanə tapılmalıdır...

Bütün bunları bəhanə edən, Avropanın ən böyük erməni diasporuna malik ölkə olan Fransa kənarda durmaq fikrində olmadığını açıq şəkildə bildirib. "Biz eyni hərbi və siyasi ittifaqların bir hissəsi olmasaq belə, sadə prinsipə əsaslanan bu müdafiə əlaqəsini nəzərdə tuturuq: siz özünüzü və mülki əhalinizi qoruya bilməlisiniz", - Fransanın müdafiə naziri Sebastien Lekornu erməni həmkarı Suren Papikyan keçirdiyi birgə mətbuat konfransında deyib.

Qərbdən artan siyasi dəstək Ermənistanın Rusiyadan uzaqlaşmağa çalışdığı bir vaxtda baş verir. İrəvan hesab edir ki, Moskvanın başçılıq etdiyi KTMT hərbi blokunun üzvü olmasına baxmayaraq, ölkənin Rusiya prezidenti Vladimir Putindən Azərbaycana qarşı münaqişədə kömək çağırışları qulaqardına vurulub. Baş nazir Nikol Paşinyan keçən ay "Politico" nəşrinə verdiyi müsahibədə bildirib ki, Moskvaya arxalanmağı dayandırmağın vaxtı çatıb.

Paris ötən ilin sentyabrında İrəvanla müdafiə sahəsində əməkdaşlığı gücləndirməyə başlayıb, lakin Qarabağ ətrafında baş verən son hadisələr Fransanın hərbi əlaqələri dərinləşdirmək istəyini sürətləndirib. Ötən ay Paris Fransanın Ermənistandakı səfirliyinə hərbi attaşe göndərib. Eyni zamanda Ermənistan "Thales" şirkətinin istehsalı olan üç "Ground Master 200" radarını - Rusiyanın təcavüzünə qarşı mübarizə üçün Ukraynaya tədarük edilən eyni radarları və Safrandan durbin və sensorlar da daxil olmaqla digər avadanlıq almaq üçün müqavilə imzalayıb. Ermənistan və Fransa MBDA tərəfindən istehsal olunan “Mistral” hava hücumundan müdafiə sisteminin alınması prosesinə başlamaq üçün niyyət protokolu da imzalayıblar.
Lekornu bildirib ki, Fransa hərbi təlim kimi məsələlərdə məsləhət vermək üçün yaxın aylarda Ermənistana hərbi instruktorlar göndərəcək. Fransa həmçinin erməni əsgərlərinə təlim keçəcək və "kor nöqtələr"i müəyyən etmək üçün İrəvana Ermənistanın hava hücumundan müdafiəsini sınaqdan keçirməyə kömək edəcək. Lekornu Fransa silahlarının müharibəyə başlamaq üçün istifadə oluna biləcəyi ilə bağlı ittihamlara qarşı çıxıb. “Satdığımız silah öz xarakterinə görə yalnız Ermənistan ərazisinə təcavüz zamanı yerləşdirilə bilən sistemlərdir. Heç kim suveren dövləti onun səmasını və onun altında yaşayan insanları qoruduğuna görə günahlandıra bilməz”, o əlavə edib.

Ermənistanda düşünürlər ki, İrəvan və Paris arasında planlaşdırılan hərbi-texniki sövdələşmə Rusiya və KTMT-nin Ermənistana alternativ təchizatda maneə olması barədə mifi dağıtdı. Ermənistan ordusu tezliklə Fransadan gələn silahlarla doldurulacaq. Əslində, Ermənistan müasir tarixdə ilk dəfə olaraq Qərbin ən böyük silah istehsalçılarından biri ilə müqavilə bağlayır. Gələcək müqavilələri oktyabrın əvvəlində Fransanın xarici işlər naziri Catherine Colonna elan edib. Daha sonra oktyabrın 21-də ölkənin müdafiə naziri Sebastien Lekornu bəyan edib ki, Paris və İrəvan Fransa silahlarının, xüsusən də hava hücumundan müdafiə sistemlərinin alınmasına dair razılaşmaları rəsmiləşdirəcəklər. Oktyabrın 23-də isə iki ölkənin müdafiə nazirləri Parisdə hərbi əməkdaşlığa dair sənədlər imzalayıblar.

Sövdələşməyə gəlincə, politoloq və təhlükəsizlik üzrə ekspert David Arutyunov vəziyyəti təhlil edərkən başa düşülməli olan bir neçə vacib aspekti vurğulayıb. Arutyunovun sözlərinə görə, Ermənistan-Fransa sövdələşməsi qəti şəkildə sübut edir ki, Ermənistanın Fransadan silah almaq üçün xüsusi institusional maneələri olmayıb və yoxdur. Erməni cəmiyyətində uzun müddətdir ki, KTMT-nin Ermənistanın Qərb silahlarını almasına mane olması ilə bağlı yayılan rəvayət hər hansı əsasdan daha çox daxili siyasi xarakter daşıyırdı. “Bizdə KTMT üzvü kimi Amerika hərbi bazasına ev sahibliyi edən və ABŞ-la müəyyən hərbi əməkdaşlıq proqramları həyata keçirən Qırğızıstan nümunəsi var. Bunun əksi isə keçmişdə NATO üzvü olmaqla Rusiyadan silah və hərbi texnikanı aktiv şəkildə alan Yunanıstandır”, - deyə Arutyunov bildirib.

Onun fikrincə, əgər söhbət mürəkkəb silah sistemlərinin, məsələn, hərbi təyyarələrin alınmasından gedirsə, Rusiya və ya KTMT faktoru maneə ola bilər. Qərb ölkələrindən döyüş təyyarələrinin alınması məxfilik, texnologiyanın ötürülməsi və s. baxımından problemli ola bilər. Arutyunov xatırladıb ki, Türkiyə Rusiyadan S-400 zenit-raket kompleksləri aldıqdan sonra bir vaxtlar kollektiv Qərb və xüsusən də ABŞ Ankaranı F-35 qırıcılarının istehsalı və alınması proqramından kənarlaşdırıb. Tərəflər Fransanın Ermənistana tədarük edəcəyi konkret silah çeşidini açıqlamasa da, çox güman ki, söhbət diplomatik çətinliklərə səbəb olmayan bəzi yerli sistemlərdən gedir.

Erməni ekspert güman edir ki, Ermənistanın əsas müttəfiqi Rusiya ilə hərbi texnika sahəsində əməkdaşlığı bu gün də davam edir. Ola bilsin ki, hazırda müxtəlif səbəblərdən ciddi tədarük yoxdur, lakin Ermənistanın arsenalında mövcud olan silahların əsas hissəsinin Rusiya/Sovet mənşəli olduğunu nəzərə alsaq, bu sahədə iki ölkə arasında əlaqələr qorunub saxlanılıb və gələcəkdə də mövcud olacaq. Bura təmir, texniki xidmət və digər gündəlik aspektlər daxildir. Rusiyanın tədarükünün guya olmamasının səbəblərinə gəlincə, ekspert məsələni Ukrayna münaqişəsi kontekstində nəzərdən keçirir. Rusiya hərbi-sənaye kompleksinin imkanları demək olar ki, tamamilə öz ehtiyaclarını ödəməyə yönəlib və bu səbəbdən də Moskva İrəvanla imzalanmış müqavilələri ən azı vaxtında yerinə yetirməyib.

Daha bir məqama diqqət yetirməyə dəyər, Ermənistan rəhbərliyi müəyyən dərəcədə özü Rusiya Federasiyasına qarşı, o cümlədən silah təchizatı kontekstində informasiya kampaniyasına başlayıb. Belə bir kampaniya hakimiyyət qarşısında aşağıdakı vəzifələri həll edir: Qərbin dəstəyini təmin etmək, Rusiya Federasiyasının mövqeyini dəyişdirmək və onu müqavilə öhdəliklərini yerinə yetirməyə məcbur etmək, Ermənistan cəmiyyətinə onların təhlükəsizlik sahəsindəki uğursuzluqlarını və səhvlərini izah etmək.
Fransanın silah tədarükü kontekstində logistika problemlidir. Ermənistanın qonşularından yalnız iki ölkə nəzəri cəhətdən silahların öz ərazisindən tranzitinə icazə verə bilər - İran və Gürcüstan. İranın Fransa ilə münasibətləri indi, xüsusən də İsrail ətrafında baş verənlər fonunda kifayət qədər gərgindir və çətin ki, İran tərəfi Fransadan silah daşınması üçün “dəhliz” açsın. Gürcüstana gəlincə, bu, həm Qərbdən, həm də Türkiyə-Azərbaycan tandemindən asılıdır, ona görə də Tiflisə hər iki tərəfdən təzyiqlər olacaq. Problemin sonda necə həll olunacağını demək hələlik çətindir.

Digər tərəfdən, təbii ki, müqavilələrin icra müddətindən də çox şey asılıdır. Çatdırılmaların sabah və ya o biri gün başlayacağını düşünmək olmaz. Silah müqavilələri həmişə həyata keçirilməsi üçün uzun müddət lazımdır. İstisna deyil ki, tədarük başlanana qədər regionda vəziyyət bir qədər fərqli olacaq və o zaman mövcud vəziyyət bu problemi həll etməyə imkan verəcək. Paris Vaşinqton kimi Ukraynanın hərbi yardım göstərmək planında fəal iştirak etmir, baxmayaraq ki, fransız tərəfi müəyyən sistemləri Kiyevə ötürür. İkinci amil Ermənistanla Fransa arasında hərbi-texniki əməkdaşlıq üçün müəyyən ilkin şərtləri təmin edən ənənəvi sıx münasibətlərdir.

Bəli, Ermənistanın addımlarında bir məqsəd var, Rusiyadan qurtulmaq. Özünə yeni dost axtaran erməni dövləti əvvəlcə əzəli sahibindən qurtulmalıdır ki, yenisinin hakimliyini maneəsiz qəbul edə bilsin. Bu, mümkündürmü? Çətindir, amma mümkünsüz deyil, yalnız böyük müharibələri də gözə almaq lazımdır. Ermənistan necə, buna hazırdırmı?

V.VƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə