"Özündən zəif qonşuların əhatəsində Amerika olmağa nə var ki..." - BƏHRUZ MƏHƏRRƏMOV
"Bu tədris ili təmsil etdiyim dairə üzrə, Biləsuvar şəhərində müasir internat tipli lisey və köhnə Amankənddə modul tipli məktəb istifadəyə verildi. Hazırda Heydər Əliyev Fondu tərəfindən Bəydili kəndində 1400 yerlik məktəbin tikintisi davam edir. Nəsimikənddə, Bağbanlarda məktəb inşası üçün söküntü başlayır. Biləsuvar şəhər 6 saylı tam orta məktəb dövlət proqramına salınıb, sənədləşmə bitən kimi tikintiyə start veriləcək. Baxın, bu, yalnız bir rayonda, bir ilin ərzində və yalnız bir sahə üzrə görülən işlərdir və Biləsuvar prosesdə tək deyil, böyük quruculuq bütün ölkəni əhatələyir". SİA xəbər verir ki, bu sözləri Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Bəhruz Məhərrəmov deyib.
Deputat sözlərinə belə davam edib: "Yalnız son üç günün təqviminə baxsaq, Bakı-Quba-Rusiya ilə dövlət sərhədi ödənişli yeni avtomobil yolunun, Sumqayıtda şəhər Xəstəxanasının yeni binasının, yenidən qurulmuş Sumqayıt şəhər stadionun, Kimya Sənaye Parkında yeni istehsal müəssisələrinin açılış və təməlqoyması olub. Mən hələ qələbə nəticəsində işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası ilə bağlı görülən işləri sadalamıram.
Qarabağ və Şərqi Zəngəzura ləyaqətli qayıdış üçün ən müasir infrastruktura malik yaşayış məskənləri salındığı, böyük qayıdışın təmin olunduğu, müasir ordu, modern müdafiə sənayesi quruculuğunun davam etdiyi şəraitdə, digər bölgələrimizin quruculuq mənzərəsinə baxın. Bu mənzərə ancaq qətiyyət, güc və imkanlar hesabına mümkündür. Bizə münasibətdə Marşal planları işləmir, Heydər Əliyevin qurduğu, cənab İlham Əliyevin gücə çevirdiyi Azərbaycan dövləti bütün bunları öz imkanları hesabına edir. Bilirsiz, özündən zəif qonşuların əhatəsində, Amerika olmağa nə var ki. Möhtərəm prezident, Siz, həqiqətən necə qüdrətli bir dövlət qurmusuz! Budur Azərbaycanın mənzərəsi!
Qarnı ilə düşünən qaragüruh və onlardan istifadə edən siyasi əxlaqsızlar vardı ki, illərdir ucuz suallar verirdilər ki, neftin pulu hara gedir? Cənab İlham Əliyev heç bir neft ölkəsinin rəhbərinin cavab verə bilməyəcəyi formada özünün Qarabağ və Şərqi Zəngəzurun miqyasından çox daha böyük zəfəri ilə, qalib, qüdrətli, qurucu Azərbaycanın mənzərəsi ilə bu sualın cavabını hazırda həmin o populistlərin üzünə çırpmaqdadı".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB