"Fransa anlaşılmayan mövqe nümayiş etdirdi" - DEPUTAT ŞƏRH ETDİ
“Fransa hər zaman təcavüzkar, işğalçı Ermənistanın yanında olub. Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən sonra əvvəllər münaqişənin tənzimlənməsi məqsədilə yaradılmış ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən biri olan Fransa anlaşılmayan mövqe nümayiş etdirdi. Yəni Azərbaycanın öz haqlı mövqelərini qoruması Fransanı çox narahat etdi və aşkar şəkildə baş verənlərə aqresiyyasını nümayiş etdirdi. ATƏT-in Minsk Qrupunun həmsədrliyi platformasında Fransa keçmiş Azərbaycan-Ermənistan münaqişəsini tənzimləmək niyyəti ilə fəaliyyət göstərməyib, niyyəti başqa olub. Niyyəti ondan ibarət olub ki, Ermənistana zaman qazandıraraq, gələcəkdə Ermənistanın işğal altında saxladığı Azərbaycan torpaqlarını anneksiya edə bilsin”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Elşad Mirbəşiroğlu deyib.
E.Mirbəşiroğlu qeyd edib ki, Ermənistanın bu niyyətləri baş tutmadı. Azərbaycan öz torpaqlarını işğaldan azad etdi. Cənubi Qafqaz regionunda sülh, təhlükəsizlik üçün real şərtlər təmin olundu. Əlavə olaraq Fransa və digər kənar qüvvələrin Cənubi Qafqaz regionuna öz məkrli maraqlarını təmin etmək üçün müdaxilə imkanlarını aradan qaldırmış oldu. Azərbaycan ərazisində yaşayan ermənilərin vəziyyəti üzərindən həm Ermənistan, həm də onu dəstəkləyən qüvvələr ümid edirdilər ki, gələcəkdə gərginlik elementlərini saxlayaraq, regiona müdaxilə etmək imkanlarına malik olacaqlar. Lakin Azərbaycan öz suveren ərazilərində erməni separatizminə də son qoydu və belə olan halda Azərbaycan ərazisində heç bir dayağa sahib olmayan təcavüzkar təfəkkürlü dairələr müxtəlif istiqamətlərdə reallığı dəyişməyə çalışırlar.
Ermənistan müxtəlif dairələr tərəfindən instensiv silahlandırılmaqdadır. Fransanın Ermənistanı silahlandırmaqda əsas məqsədi ondan ibarətdir ki, yenidən Ermənistandan alət kimi istifadə edərək, Azərbaycanın üzərinə qaldırsın və Cənubi Qafqaz regionunda gərginlik yaransın. Lakin Azərbaycan öz suverenliyini təmin edib və kifayət qədər də hərbi, diplomatik gücə sahibdir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB