"Fransa bu təlimlərdən özü üçün dərslər çıxarmalıdır" - HƏRBİ EKSPERT MÖVQE BİLDİRDİ
"Türkiyə ilə Azərbaycan arasında olan əlaqələr bütün sahələrdə, o cümlədən də hərbi sahədə kifayət qədər intensiv inkişaf edir". Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

Onun sözlərinə görə, Azərbaycan ilə Türkiyə arasında bu il ərzində 16 hərbi təlim planlaşdırılıb ki, onların əksəriyyəti həyata keçirilib: "Hazırda isə "Mustafa Kamal Atatürk -2023" birgə hərbi təlimləri davam edir".
Ədalət Verdiyev sözlərinə belə davam edib: "Azərbaycanla Türkiyənin hərbi sahədə əməkdaşlığı, Qafqaz regionunda təhlükəsizliyin və sabitliyin təmin olunması istiqamətində fəaliyyətlərin müsbət bir nümunəsidir.
"Mustafa Kamal Atatürk -2023" təlimlərində hər iki qardaş ölkənin xüsusi təyinatlı qüvvələri, hərbi hava qüvvələri, quru qoşunları və komando birlikləri iştirak edirlər. Təlimlərin həm Bakı, həm Naxçıvan, həm də Qarabağ və Zəngəzur olmaqla bir neçə istiqamətdə keçirilməsi Azərbaycana qarşı olan qüvvələrə çox aydın bir siqnal olacaq.
Ermənistan müdafiə nazirinin silah almaq üçün Fransaya getdiyi bir gündə belə təlimlərin keçirilməsi kifayət qədər ciddi siqnal kimi qəbul edilməlidir. İşğal tarixinə malik bir ölkəyə silah satan Fransa bu təlimlərdən özü üçün zəruri və gərəkli dərslər çıxarmalıdır.
"Mustafa Kamal Atatürk -2023" birgə təlimləri bir daha Azərbaycan və Türkiyənin Şuşa bəyannaməsinin ərazidə tətbiqinə aid yaxşı bir nümunədir. Bizə qarşı olan qüvvələr də bu təlimləri diqqətlə izləməli, özləri üçün ibrət dərsləri çıxarmalıdırlar".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB