"Qərb bu qədər haqsızlıq etməsinə baxmayaraq yenə də Ermənistanı dəstəkləyir" - DEPUTAT ŞƏRH ETDİ

"Qərb bu qədər haqsızlıq etməsinə baxmayaraq yenə də Ermənistanı dəstəkləyir" - DEPUTAT ŞƏRH ETDİ

"Hər kəsə məlumdur ki, Ermənistan layihə bir dövlətdir. Cənubi Qafqazda Azərbaycan və Türkiyə arasında layihə olaraq yaradılıb. Əsas məqsəd türk dövlətlərinin birləşməsinə mane olmaqdır. Ermənistan da öz ağalarının onun qarşısına qoyduğu hədəfləri indiyədək "layiqincə" yerinə yetirməyə çalışıb. 44 günlük Vətən müharibəsi, həmçinin 23 saat 43 dəqiqəlik antiterror tədbirləri dünya erməniliyinin belini sındırmış oldu". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Onun sözlərinə görə, yüzillərlə havadarlarının dəstəyi ilə var olan bu separatçı qrupunun kökü demək olar ki, kəsilmək üzrədir: "Dünya erməniliyinin bu formada məyus olmasının səbəbi Azərbaycanın böyük oğlu, Ali Baş Komandan İlham Əliyevdir. Azərbaycan Prezidenti 100 ildən çox həsrətində qaldığımız qələbəni xalqımıza yaşatmış oldu. Bu gün də həmin ermənilər və onların havadarları yenə də öz xislətindədir. Qərb bu qədər haqsızlıq etməsinə baxmayaraq yenə də Ermənistanı dəstəkləyir. Təbii ki, bu heç bizi təəccübləndirmir".

Deputat sözlərinə davam edərək bildirib ki, Avropa Parlamentində olan bu məsələlər, boş kağız parçaları, mənasız bəyanatlar Azərbaycanı getdiyi yoldan döndərə bilməz: "Əksinə, bu, bizi daha da gücləndirir və qətiyyətli edir. Çünki biz onların xislətinə bələdik. İndiyədək verdikləri bəyanatların nəyə qulluq etdiyi bizə aydın olduğu üçün fikir bildirmək çox da çətin deyil. Biz bütün bunları selektiv yanaşma, ikiüzlülük və bəşəri dəyərlərə hörmətsizlik kimi qiymətləndirmişik. Rəsmi Bakı yenə də beynəlxalq hüququ rəhbər tutaraq öz yoluna davam edir və heç kim bu yoldan bizi çəkindirə bilməz".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə