“Avropa Parlamenti beynəlxalq hüququ ayaq altına atır" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
“Avropa Parlamenti erməni lobbisinin və onun girovuna çevrilmiş Fransanın sifarişlərini icra edərək beynəlxalq hüququ ayaq altına atır və Azərbaycana qarşı qərəzli qətnamələr qəbul edir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Azər Badamov deyib.

Onun sözlərinə görə, Avropa Parlamentində korrupsiya halları dəfələrlə ifşa olunub: “Avropa deputatlarının pul ilə alındığı da dəfələrlə sübut olunub. Demokratiya və insan hüquqlarından danışan Avropa Parlamentinin özü korrupsiyanın içində boğulur. Bu, həm də Avropa İttifaqını məhvə doğru aparır”.
Deputat sözlərinə belə davam edib: “Həm də Avropada islamofob siyasəti baş alıb gedir. Əzilmiş müsəlman ölkəsinin bütün hərəkətləri beynəlxalq hüquq normalarına uyğun olsa da Avropa Parlamentində qəbul etdiyi qərarlarda yenə cinayətkar tərəf haqlı və məzlum kimi qələmə verilir. Bunu bizimlə münasibətdə daha aydın şəkildə görmüşük. Ona görə həmişə güclü olmalıyıq. Güc kimdədirsə, ədalət də onun tərəfində olur”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB