“Biz azad və müstəqil olmaq istəyirik” - Devi Nikolas Bolo

“Biz azad və müstəqil olmaq istəyirik” - Devi Nikolas Bolo

“Müstəmləkəçilik siyasəti başqa ölkələrə və xalqlara hökmranlıq etməyə çalışan Qərbin bir çox fövqəldövlətlərinin maraqlarına xidmət edir”. SİA xəbər verir ki, bu sözləri Kanak təmsilçisi Devi Nikolas Bolo Bakıda “Neokolonializm: İnsan hüquqlarının pozulması və ədalətsizlik” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, müstəmləkəçilik siyasəti hökmranlığa can atan bir çox böyük Qərb dövlətləri üçün faydalıdır: “Dominantlıq iqtisadiyyat və hərbi potensial üzərində tam nəzarət deməkdir.

Kanaklar ilk növbədə müstəmləkəçiliyə qarşı durmağa çalışır. Biz azad və müstəqil olmaq istəyirik. Yalnız bu yolla rahat şəkildə yaşaya bilərik”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə