"Qələbə bizim indimizlə keçmişimizi birləşdirmək imkanı yaradıb" - Nazim İmanov
"Azərbaycan xalqı son zamanlarda çox gözəl günlərə şahidlik edir. Doğrudur, şəhidlər vermişik, qazilərimiz olub. Biz bütün şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə, əsgərlərimizə minnətdarlıq edirik. Ən böyük əsgərimiz də Ali Baş Komandandır. Allah onun biləyini möhkəm, qətiyyətini indiki qədər etsin". SİA xəbər verir ki, bu sözləri "Türk dünyası iqtisadiyyatı: inteqrasiya və inkişaf perspektivləri" mövzusunda elmi seminarın açılışında İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim İmanov deyib.
"Onlar sayəsində qazandığımız bu qələbə bizim millətin yeni doğuluşudur. Millət quruculuğu çox uzun bir prosesdir. Millət quruculuğunun yolu qələbələrdən keçir. Milləti qurmağın ən böyük yolu hərbi qələbə, Vətəni bütövləşdirməkdir. Azərbaycan buna nail olub. Bu qələbə bizim indimizlə keçmişimizi birləşdirmək imkanı yaradıb",- deyə o əlavə edib.
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB