“Müstəqil dövlətin güclü ordusu olmalıdır” - MÜNASİBƏT BİLDİRİLDİ
“Müstəqil dövlətin güclü ordusu olmalıdır. Üstəlik Azərbaycanın yerləşdiyi Cənubi Qafqaz hər zaman etnik münaqişələr, sərhəd toqquşmaları olub. Ermənistanın Azərbaycana təcavüzü 30 ildə davam etdi”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Elman Cəfərli deyib.

Onun sözlərinə görə, 2020-ci ildə 44 günlük savaşdan sonra Azərbaycan öz torpaqlarını düşməndən azad etdi: “2023-cü ilin sentyabrında apardığımız lokal antiterror tədbirləri ilə Qarabağ iqtisadi rayonunda qanunsuz erməni silahlı dəstələri zərərsizləşdirildi. Lakin qarşıda başqa vəzifələr də var. Qazaxın 7, Naxçıvanın 1 kəndi hələ də düşmən tapdağındadır. Azərbaycanın suveren hüququ bu kəndlərdə də təmin olunmalıdır”.
Elman Cəfərli sözlərinə belə davam edib: “Ermənistan hakimiyyətinin davranışları göstərir ki, onlar işğalda olan 8 kəndi boşaltmağa hazırdırlar. Lakin daxildəki revanşist qüvvələr buna imkan vermir. Lakin onlar da reallığı dərk edəcəklər. Bəs bu reallığı, yeni düzəni yaradan nədir? Təbii ki, son 20 ildə sürətlə davam ordu quruculuğu, Silahlı Qüvvələrin təkmilləşdirilməsi, modern silahların təchiz edilməsi Azərbaycanda ordu quruculuğuna Ümummilli lider Heydər Əliyevin zamanında başlanmışdı. Prezident İlham Əliyevin dövründə bu proses daha da sürətləndirildi. Azərbaycan ordusu NATO standartlarına keçdi. Türkiyə ordusunun sturkturunda gücləndirildi. Bu gün dünyanın 50 güclü orduları arasında yer alan Azərbaycan ordusu müasir silah-sursat və hərbi texnika ilə təchiz edilib. Türkiyə hərbi sənayesi son illə inkişaf dövrünü yaşayır. Azərbaycan ordusu Türkiyənin müasir havadan müdafiə və hava hücumu sistemləri ilə təchiz edilib. Azərbaycanda hərbi müttəfiqlərimizi təmsil edən mütəxəsislərin iştirakı ilə birlikdə PUA zavodu inşa edilib. Azərbaycan dövləti müdafiə qüdrətinin artırılmasına ciddi yatırımlar qoyub və bu doğru siyasətdir. Biz mərkəzi Avropa ölkəsi və ya Orta Asiya dövləti olsaydıq silahlı qüvvələrin saxlanması, komplektləşdirilməsi bu qədər vəsait tələb etməzdi. Lakin bu bölgədə yaşamağın şərtləri başqadır. Ətrafımız işğalı hərbi-siyasi doktrinə çevirmiş ölkələrlə doludur. Azərbaycan dövləti müttəfiqləri ilə güclüdür. Lakin ən böyük dayağımız Silahlı Qüvvələrimizdir”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB