“Aşığın sözü qurtaranda neynim-neynim, ya da aman-aman deyər. Əli kimilərin bu gün sözü bitən yerdi. Müxalifət olmaq başqadı, düşmən münasibət başqa”. Bunu SİA-ya açıqlamasında "Azadlıq Hərəkatçılar Birliyi"nin sədri Təhmasib Novruzov deyib.
Onun sözlərinə görə, bu gün əlilər, vəlilər iqtidara irad tutmaq üçün bir bəhanə, bir ipucu tapa bilmirlər: “Nədən danışsınlar? Xalqın güzəranının ağır olmasından? Necə danışa bilərlər ki, məhz Əli Kərimlinin də təmsil olunduğu hakimiyyət 1992-93-cü illərdə xalqa un çörəyi əvəzinə jmıx çörəyi yedizdirirdilər. Axı bu, çox da keçmiş deyil və indiki nəsil bunu yaxşı xatırlayırlar! Ölkənin abadlığından danışılası sözləri yoxdu, hər şey hamının gözləri qarşısındadı. Beynəlxalq əlaqələrdən danışa bilməzlər, dünyada ötən əsrdən mövcud olan onlarla dövlətlərarası ərazi münaqişəsi sırasında yeganə Azərbaycan, məhz bu iqtidarın sayəsində münaqişəni həll edə bildi. Üstəgəl Azərbaycanın məhz bu iqtidarın sayəsində beynəlxalq aləmdə həm nüfuzu artdı, həm də dünyanın ən nüfuzlu beynəlxalq qurumlarına rəhbərlik etdi. Həm də çox uğurla rəhbərlik etdi və etməkdə davam edir. Hərbi sahədə nöqsan axtarmağa heç bir əsası yoxdu. Bir sözlə, Azərbaycanın indiki iqtidarın müəyyən etdiyi siyasi kurs nəticəsində bütün sahələrdə əldə etdiyi uğurları hər kəs görür və buna qarşı çıxanlara da xalq sözünü deyir. Belədə yıxılanın saman çöpündən yapışması kimi, bunlar da tamamilə yıxılmış vəziyyətdə saman çöpü axtarırlar. Bu çöp də Rusiya sülhməramlılarının Azərbaycanın Qarabağ bölgəsində mövcudluğuna qarşı gərəksiz, siyasi cəhətdən çox səbatsız çıxışlar etməkdən başqa sözlər qalmır. Guya iqtidar istəyir ki, bölgədə rus əsgərləri mövcud olsun. Kimsə bilmirsə biz yaxşı bilirik ki, Azərbaycan məhz bu iqtidarın sayəsində ərazisində ikinci ölkənin hərbi qüvvəsini saxlamayan azsaylı ölkələrdən biridir. Əgər bu gün rus sülhməramlılarının bölgədə qalmasına razılıq verilirsə, deməli, bunun Əli kimi savadsızların anlaya bilmədikləri məqamlarla bağlılığı var. Dünyanın müxtəlif regionlarında öz geopolitik maraqları naminə hərbi qarşıdurmalara rəvac verən qərbinmi "sülhməramlı" qüvvələrini gətirməliyik? Yoxsa ermənidən çox erməniçilik edən Fransanın, ya da ona züy tutan Yunanıstanın, İspaniyanın qüvvələri gəlməlidir bəlkə? Bu aydın həqiqəti dərk edə bilməyən birisinin bu gün siyasət deyilən meydana atılması yumruğunu düyünləməyi bacarmayanın boks rinqinə qalxmasına bənzəyir. Ancaq hesab edirəm ki, Əli də, onun kimilər də rus sülhməramlılarının müvəqqəti olaraq bölgədə qalmalarının səbəbini də yaxşı anlayır, onun indiki şəraitdə bizim üçün əhəmiyyətini də. Sadəcə, cibini dolduran qərb dairələri sifariş verir ki, belə danış, o da danışır. Axı danışmasa pul gəlməz!”
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB