“Fransa anlamalıdır ki, Azərbaycanın qamətini qıra bilməz“ - POLİTOLOQ ŞƏRH ETDİ
“Fransanın mənfur siyasəti onun neo-müstəmləkəçilik kursundan irəli gəlir. Hazırda İngiltərə əhvalatından, yəni Avropa İttifaqını (Aİ) tərk etdikdən sonra Fransa öz cüssəsinə lider libasını yaraşdırır. Həmçinin Almaniya ilə etibarlı münasibətlər qurmaq niyyətində olduğu görünür”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Tofiq Abbasov deyib. 
Onun sözlərinə görə, Fransanın əsas məqsədi Aİ-də ilk sırada olmaqdır: “Bununla bərabər Fransanın məqsədlərindən biri də Amerikanın özünəməxsus siyasətinə cavab formalaşdırmaq, yəni lazım gəldikdə onunla “dirəşmək”dir. Lakin Fransanın çox böyük problemləri var. İlk növbədə qeyd etmək lazımdır ki, enerji təminatında Fransa Avropanın zəif bəndidir. Çünki istər-istəməz Afrikadan onları xoşluqla yola salır, digər tərəfdən İtaliya ilə münasibətlər çox gərgindir. İtaliyanlar nə Fransaya güzəştə getmək, nə də onlarla yaxınlıq etmək niyyətindədirlər. Əksinə iki ölkə liderləri biri-birlərini təhqir edirlər".
T.Abbasov qeyd edib ki, istənilən halda lider olmaq istəyən ölkə özü üçün bütün imtiyazları təmin etməlidir.
Fransa Qafqaz bölgəsində möhkələnə bilmək adına Ermənistan ilə münasibətlərini inkişaf etdirir, lazımi məqamlarda onların müdafiəsinə qalxır. Fransa Cənubi Qafqaza Şərqə açılan qapı kimi baxır. Əslində bu belədir, lakin o qapıdan istifadə etməyin yolları başqadır. Fransa isə burada müstəmləkəçilik siyasətini tətbiq etməyə çalışır. Onlar bu ərazilərdə vaxtıikən olublar. Amma indiki dövr başqadır, burada Azərbaycanın maraqları təmin olunur. Azərbaycan regionun lider ölkəsi olaraq öz sözünü deyir, quruculuq işlərinə potensial gətirir. Fransa isə bu təqdirdə Azərbaycanı zəiflətməyə çalışır. Lakin Fransa anlamalıdır ki, Azərbaycanın qamətini qıra bilməz. Biz üstünlüyü əldən verməyəcəyik.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB