“Fransa cılız erməni iddialarının əsirinə çevrilib” SİYASİ ŞƏRHÇİ MÜNASİBƏT BİLDİRDİ
“Fransa bir dövlət olaraq, dünya tarixində özünəməxsus yerə və rola sahibdir. Amma təəssüflər olsun ki, 21-ci yüz ilin başlanğıcında biz bu ölkəni daha riyakar, ikiüzlü davrandığının şahidi oluruq. Konkret olaraq, Güney Qafqaz bölgəsinə münasibətdə dünyanın layiqli lideri dövlətlərindən biri kimi davrana bilmir. O cür qədim tarixi olan, dünya demokratiyasına böyük töhfələr vermiş bir dövlət cılız erməni iddialarının əsirinə çevrilib”. Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
Onun sözlərinə görə, Fransa Cənubi Qafqazda Azərbaycanla Ermənistan arasında sülhyaratma imkanları var ikən olduqca cılız davranır, Ermənistanın tərəfindən çıxış edir, hətta ona hərbi yardımlar edir: “Faktiki olaraq, Fransa Ermənistanın səsinə çevrilib. Yəni o boyda nəhəng dövlət Avropa birliyinin qurucusu və Avropanın ən öndə gedən dövlətlərindən biri olan Fransa, hələ də dövlət kimi özünü təsdiq edə bilməmiş Ermənistanın buyurduğunda sürünür. Bu olduqca acınacaqlıdır. Fransa üçün olduqca utancvericidir. Yəni o nəhəng dövlət özünü dövlət kimi təsdiq edə bilməyən Ermənistanın arxasınca sürünməməlidir”. A.Həsrət qeyd etdi ki, ümumiyyətlə, özünə hörmət edən heç bir dövlət Ermənistanın arxasınca sürünməməlidir: “Amma biz görürük ki, Fransa bunu edir və özünü aşağılayır. Azərbaycan müharibə apararkən dövlət olaraq ləyaqətini heç vaxt yaddan çıxarmadı. Biz bir dövlət olaraq beynəlxalq hüquq, humanizm çərçivəsində davrandıq. Amma bunun qarşılığında Ermənistan ən cılız hərəkətlərə yol verdi və təbiidir ki, onun arxasında duran Fransa da bu cılızlaşmanın ortağıdır. O baxımdan, düşünürəm ki, Fransa xalqı hazırkı prezident Makronun liderliyi barədə dərindən düşünməlidir. Ümumiyyətlə, Fransa kimi bir dövləti cılız erməni iddialarının ayağına verən bir adam Fransa kimi böyük bir dövlətin başında durmamalıdır. Əlbəttə biz buna birbaşa qarışa bilmirik, bu barə də fransızlar özləri düşünsünlər və düşünsünlər ki, onların dövləti daha da gözdən düşməsin”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB