“Milliyyətindən, irqindən, dinindən asılı olmayaraq dünyanın hər yerində savadlılar savadsızları, gücsüzlər, güclüləri, qabiliyyətsizlər qabiliyyətliləri, vicdanı kasadlar vicdanlı insanları qısqanır. Bəzən bunu açıq-aşkar, nümayişkaranə şəkildə üzdə edirlər, çox zaman isə bu xislətilərini gizlin saxlamağa çalışırlar. Çox az hallarda olur ki, bir insan ondan daha savadlı, daha qabiliyyətli, daha güclü və nəhayət daha vicdanlı adamla rəğbət bəsləyir və bu cür adamları təqdir edir”. Bunu SİA-ya açıqlamasında "Azadlıq Hərəkatçılar Birliyi"nin sədri Təhmasib Novruzov deyib.
Onun sözlərinə görə, Azərbaycanın siyasi həyatında özünü peşəkar siyasətçi hesab edən əlilər, tofiqlər və onlara bənzəyən savadsız, gücsüz, qabiliyyətsiz və vicdanının harda olduğunu bilməyən insanabənzərlər də var və həmişə də olacaq: “Bir faktı xatırlatmaq istərdim. Avropada oturub erməni milyonları hesabına Azərbaycana hədyanlar yağdıran zatsızlardan biri, Qabil adlı dədəsini belə tanımayan bir gəda o qədər qızışdı ki, 2020-ci ilin əvvəllərində çıxıb sosial şəbəkədə "Bu hakimiyyət nəinki Qarabağı, hətta bircə rayonu işğaldan azad eləsə qulağımı kəsməsəm kopoyoğluyam" demişdi. Əminəm ki, buna Azərbaycanda baxanlar çox olub. İndi həmin gədə boynuna alıb qulağını kəsmədiyi bəs deyilmiş kimi, yenə erməni pulu hesabına Azərbaycana hədyanlar yağdırmağa davam edir. Belə adamlarda vicdan bir yana, abır, həya, ismət deyilən məfhumlardan da əsər-əlamət olmur. Tofiq də, Əli də çoxdan diri ikən meyitə çevrilmiş varlıqlar siyahısındadırlar. Onlar və onlara bənzəyənlər Azərbaycanın İlham Əliyevin rəhbərliyi altında bu qədər qələbələrə imza atması, bu qədər kosmik sürətlə inkişaf etməsi, təbii ki, sevindirici deyil. Özlərini indiki iqtidara rəqib hesab edirlər, bəli, nə qədər gülməli və paradoksal səslənsə də, məhz rəqib hesab edib də, bu iqtidarın siyasətini təftiş etmək fikrinə düşmələrinin bir mənası var: yaxşılar yaxşı əməlləri ilə xalqın sevgisini nə qədər çox artırsalar, pislərin pis əməlləri də ona uyğun olaraq xalqın onlara nifrətini artırır. Nifrətin girdabında olan belə adamlar şimaldan cənuba, şərqdən qərbə özlərinə himayədarlar axtara-axtara heç nəyə nail ola bilmədiklərini görüb, sadəcə revanş hissi ilə yaşayırlar. Amma unudurlar ki, xalq artıq birmənalı olaraq İlham Əliyev zirvəsinə elə bağlanıb ki, belələri o zirvəyə ha daş atsalar da, qayıdıb öz başlarına dəyəcək. Çünki onların daşı erməni kilsəsindən göndərilib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB