"Avropa Parlamenti Ermənistandan daha çox erməni olmaq istədi" - DEPUTAT TƏNQİD ETDİ
"Avropa Parlamenti öz adı və tarixinə ləkə gətirəcək bir qətnamə qəbul etdi". Bu sözləri SİA-ya açıqlamasında deputat Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, Avropa Parlamenti beynəlxalq hüququn hər bir sətri və cümləsinə zidd olan qətnamə qəbul etdi: "Birincisi, region Avropa Parlamentinin təsir sairəsində olan bir yer deyil. İkincisi, Avropa Parlamenti qəbul etdiyi qətnamə ilə işğalçılıq və separatçılığı birbaşa dəstəkləmiş olur. Həmçinin, faktiki olaraq Avropanın da gələcəyini münaqişə, separatizm və müharibə kimi görmək istədiyini bildirir".
Aydın Mirzəzadə sözlərinə belə davam edib: "Regionda Azərbaycanın öz ərazisində suveren hüquqlarını bərpa etməsi alqışlanmalı olduğu halda Avropa Parlamenti bunun əleyhinə çıxır. Bəlkə də Avropanın müəyyən dairələri çox istəyərdi ki, Azərbaycan daima münaqişələr və ciddi problemlər içərisində yaşasın. Azərbaycan isə müstəqil, problemsiz və stabil yaşamaq üçün mübarizə aparır.
Həmçinin, Azərbaycanın ittiham edildiyi müddəaların heç birinin Azərbaycana aidiyyatı yoxdur. Azərbaycan uzun müddət separatçı rejim ərazisində olan əhalini Azərbaycan cəmiyyətinə reinteqariyaya çağırdı. Bunun üçün addımlar atdı, problemlərinin həlli üçün öz təkliflərini verdi. Həmçinin, həmin rejimin vaxtaşırı Azərbaycan dövlətçiliyə qarşı etdiyi təxribatlara müəyyən qədər səbrlə yanaşdı. Ancaq bu sonda böyük insan itkisi ilə müşaiyət olunduğuna görə həmin rejimə son qoymaq lazım gəldi. Avropa Parlamenti isə bunu görmək istəmədi.
Bu gün Avropa Parlamenti Ermənistandan daha çox erməni olmaq istədi. Lakin Ermənistan 1991-ci ildə regionda müharibəni, münaqişəni və beynəlxalq hüquqi tapdalayan ölkə obrazı kimi dünyada tanındı. Çox təəssüf ki, Avropa Parlamenti öz adına, sivilliyinə və tarixiliyinə ləkə salacaq bir qətnamə qəbul etdi. Azərbaycan bunu pisləyir. Bu qətnamənin bizim regionda stabilliyin pozulmasına rəvac verən bir addım kimi qiymətləndirir və hesab edir ki, regional parlament regionla bağlı öz mövqeyini ciddi sürətdə ədalət və hüquq tərəfə dəyişməlidir".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB