"Rusiyanın regiondan getməsi çox önəmlidir" POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

"Rusiyanın regiondan getməsi çox önəmlidir" POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

“Ermənistanla Rusiya arasında münasibətlərin gərginləşməsi müşahidə edilir. Xüsusilə Roma əsasnaməsinin radifikasiya olunması Kremlidə Ermənistanın Baş naziri Nikol Paşinyana qarşı ciddi təzyiqlərin başlamasına gətirib çıxaracaq”. Bunu SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. Onun sözlərinə görə, Rusiyanın Ermənistana verilən qazın qiymətinin qaldırılması, pul köçürməsinin dayandırılmasını eyni zamanda, Ermənistandan idxal olunan məhsulların qadağan olunması və sözü gedən ölkənin iqtisadiyyatının daha da zəifləməsinə gətirib çıxaracaq: “Ermənistan iqtisadiyyatı Rusiyadan asılıdır və Paşinyanın anti-Rusiya siyasəti əlbəttə ki, regionun maraqlarına cavab verir. Bir sözlə, Rusiyanın regiondan getməsi çox önəmlidir. Amma bunun əlbəttə ki, Ermənistan-Rusiya münasibətlərinə zərbə vurur və bu da dolayısı ilə Azərbaycanın milli maraqlarına uyğundur. Ermənistan Rusiya münasibətləri böhranlı şəkildə davam edəcək və münasibətlər tamamilə kəskinləşəcək”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə