“Müxtəlif təxribatların olacağı gözlənilir“ - POLİTOLOQ ŞƏRH ETDİ

“Müxtəlif təxribatların olacağı gözlənilir“ - POLİTOLOQ ŞƏRH ETDİ

“Sentyabrın 20-də Azərbaycanın bir gün davam edən anti-terror tədbirlərindən sonra müəyyən qruplaşmalar Ermənistan silahlı birləşmələrinin təslim olmasına razı olmurlar”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov deyib.
Onun sözlərinə görə, müəyyən silahlı qüvvələr qalmaqda davam edir, tam təslim olmayıblar: “Ermənistanda da təslim olmalarına müsbət baxanlarla yanaşı, bundan narazı olanlar da çoxdur. Buna görə də müxtəlif təxribatlara əl ataraq Azərbaycan-Ermənistan münasibətlərini yenidən gərginləşdirməyə çalışırlar.

Kəlbəcərdə əsgərimizin snayper atəşi ilə öldürülməsi də çox ciddi bir faktdır. Məsələ burasındadır ki, tam sakitlik bərpa olunmadığından, sülh sazişi imzalanmadığından bu cür müxtəlif təxribatların olacağı gözlənilir.

Oktyabrın 5-də Amerikanın iştirakı ilə Azərbaycan Prezidenti və Ermənistan Baş Naziri arasında görüş gözlənilir. Bu görüş də sülhə doğru atılmış daha bir addım olacaq”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə