"Əgər kor deyillərsə görür, kar deyirlərsə eşidirlər" - POLİTOLOQ ŞƏRH ETDİ
"Bəzi beynəlxalq qüvvələr aranı qızışdıraraq Ermənistana havadarlıq edirlər. İndi onlar bu köç ətrafında xeyli sayda manipulyasiya və spekulyasiyalara başlayırlar. Halbuki bu etnik təmizləmə deyil. Onlar Qarabağdan öz xoşları ilə gedirlər. Oradakı qondarma rejimin qalıqları ermənilər vadar edir ki, çıxın gedin". Bu sözləri SİA-ya açıqlamasında politoloq Tofiq Abbasov deyib.

Onun sözlərinə görə, cənab Prezidentin sərəncamı ilə İşçi Qrupu yaradılıb və onlar qeydiyyat aparırlar: "Qalmaq istəyənlər var və qalacaqlar. Bu prosesdən Ermənistan və onun havadarları çalışırlar ki, siyasi dividentlər qazansınlar. Söhbət ondan gedir ki, əgər onlar həqiqətən bunu etnik təmizləmə kimi qələmə vermək istəyirlərsə, qeydiyyata alsınlar ki, Azərbaycanı borclu çıxarsınlar. Amma BMT-nin missiyası, ora gəlmiş müxbirlər, ekspertlər hamısı görür ki, Azərbaycan tərəfi ermənilərə çox nəzakətlə və sakit şəkildə davranır. Getmək istəyən buyurub getsin, yol açıqdır".
Tofiq Abbasov sözlərinə belə davam edib: "Prezidentimiz də deyirdi ki, "Onlar bizim potensial vətəndaşlarımızdır. Bizim onlarla heç bir ədavətimiz yoxdur və Ermənistana düşmən deyilik". Amma onlar bu prosesi eşitmirdilər. Azərbaycan Ermənistanın etdiyi vəhşilikləri etmir. Qışın günündə bizim 300 minə yaxın soydaşımız oradan ayaqyalın deportasiya edilmişdi. Bəzi insanlar heç pulunu, sənədini də götürə bilməmişdi. Əgər BMT belə təəssüfkeşdirsə, o zaman niyə səsi çıxmırdı? Biz onlara heç bir əsas verməmişik ki, bizi ittiham etsinlər. Əgər kor deyillərsə görür, kar deyirlərsə eşidirlər. Azərbaycan hər zaman sözünün üzərində dayanır".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB