"Fransanın siyasəti ermənipərəst maraqlar üzərində qurulub" - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ
“44 günlük Vətən müharibəsindən sonra Fransa hökuməti birmənalı olaraq tərəfkeş siyasət həyata keçirir. Bu siyasətin də əsas məqsədi ondan ibarətdir ki, ikinci Qarabağ müharibəsindən sonra regionda formalaşmış reallıqları müəyyən mənada dəyişdirsin”. Bunun SİA-ya açıqlamasında politoloq Mətin Məmmədli deyib.
Onun sözlərinə görə, Fransanın əsas məqsədlərindən biri də təbii ki, Ermənistan vasitəsilə öz mövqelərini Cənubi Qafqazda möhkəmləndirməkdir: “Nəyə görə Fransa bu qədər belə aktiv şəkildə qərəzli və tərəfkeş bir siyasət həyata keçirir? Təbii ki, burada Fransanın özünün müəyyənləşdirdiyi müəyyən xarici siyasi maraqlar var. Regionda və eyni zamanda da Fransada daxili güclü erməni diasporu fəaliyyət göstərir və erməni diasporunun da belə bir yalnış, qərəzli qərarlarının formalaşmasında böyük rol oynayır.
Qeyd etdiyimiz kimi, 44 günlük Vətən müharibəsindən sonra Fransa hökumətinin həyata keçirdiyi ermənipərəst siyasəti nəticəsində Fransa -Azərbaycan münasibətlərinə də ciddi zərər dəyib. Hesab edirəm ki, bu yanlış siyasətin davam etdirilməsi Fransa-Azərbaycan münasibətlərinin daha da pisləşməsinə səbəb ola bilər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB