Razi Nurullayev Əli Kərimli və digərlərini yıxdı-sürüdü

Razi Nurullayev Əli Kərimli və digərlərini yıxdı-sürüdü

"Laçın şəhəri nəzərdə tutulduğundan daha tez azad edildi. Bu qədər uğura rəğmən Əli Kərimli və digərləri niyə cənab Prezident İlham Əliyevi təbrik etmədi?!". SİA xəbər verir ki, bu sözləri Milli Məclisin payız sessiyası üzrə ilk plenar iclasında deputat Razi Nurullayev deyib.

Razi Nurullayev sözlərinə belə davam edib: "Onlar zəfərə kölgə salmaq istəyirlər. İlham Əliyev öz haqq savaşı üçün dünya ilə savaşır və qalib gəlir. Bu hər birimizin haqq savaşıdır. Nə olsun müxalifətçisiniz!

Məlumdur ki, Xankəndi də azad edildi. Bütün Qarabağda suverenliyimiz bərpa edildi. Ermənilərin bütün planları yerlə yeksan oldu. Yuxunuzda belə görmədiyiniz gerçəklik yarandı. Cənab İlham Əliyev bir təbriki haqq etmir ki, ona xoş sözləri deyilsin?! Niyə qəlbinizdəki nifrəti silib ata bilmirsiz. Məgər içinizdəki nifrətin ölkəmizə zərər verdiyini görmürsünüz? Bu ağılların kəsmədiyi qəhrəmanlıqdır. Nə qədər gec deyil birlik olun. Düşmən dəyirmanına su tökməyin".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə