“Erməniəsilli şəxslər könüllü şəkildə bölgəni tərk edirlər” POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

“Erməniəsilli şəxslər könüllü şəkildə bölgəni tərk edirlər” POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

“Qarabağdakı erməniəsilli şəxslərin təsirə məruz qalmaları haqqında məlumat yoxdur”. Bunu SİA-ya açıqlamasında politoloq Tural Rzayev deyib.

Onun sözlərinə görə, erməniəsilli şəxslər könüllü şəkildə bölgəni tərk edirlər: “Qarabağda konkret fərqli hal müşahidə olunur. Birincisi odur ki, əhali köçü 20 sentyabrdan sonra başlayıb, yəni, Azərbaycan antiterror tədbirlərini dayandırdıqdan sonra başlayıb. Antiterror tədbirləri bitən kimi, Qarabağdakı erməni icmasının nümayəndələri ilə Yevlaxda görüş keçirildi. Onların xahişlərinə və istəklərinə əsasən, Qarabağdakı əhalinin qida, ərzaq, dərman, yanacaq və s. kimi ehtiyaclarının ödənilməsi ilə bağlı fəaliyyətə başlandı. Onlar üçün hər cür şərait yaradılıb, ermənilər isə Ermənistana getməyi seçiblər. Hətta oradan köçən əhaliyə keçid üçün rahat şərait yaradıb. Qalan əhaliyə isə Azərbaycan vətəndaşı olacaqları və Azərbaycanın vətəndaşına ayrılan bütün hüquqlardan yararlanacağı ilə bağlı məlumat verilib. Azərbaycan burada da erməniəsilli şəxslərə getməyi təşviq etmir. Elələri var ki, özləri gedirlər. Belə bir məlumatlar var ki, yerli separatçı liderlər əhaliyə çıxmaqla bağlı çağırış ediblər, yəni əhalini özləri çıxartmağa çalışırlar. Bununla etnik təmizləmə görüntüsünü yaratmağa çalışırlar. Lakin məkrli istəkləri bu dəfə də baş tutmayacaq”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə