“Ermənistan Rusiyanı bəyənmir, təsirindən qurtulmağa çalışır” POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

“Rusiya Ukrayna müharibəsi fonunda Ermənistan Qərbə üz tutmaq Rusiya ilə münasibətləri pozmaq istiqamətini görürdü”. Bunun SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov deyib.

Onun sözlərinə görə, müharibədən artıq bir il müddət keçəndən sonra ilk dəfə Ermənistan Ukraynaya humanitar yardım göndərdi: “Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan Kiyevə səfər elədi, ABŞ Ermənistan hərbi təlimləri keçirdi, Ermənistan KTMT-dən daimi nümayəndəsini geri çağırdı və münasibətlərdə gərginliyin ən kulminasiya nöqtəsi Roma statusunun ratifikasiya edilməsi prosedurlarına başlanılması və Ermənistanın beynəlxalq ədalət məhkəməsinin üzvi olmaq fəaliyyəti Moskva ilə İrəvan arasında münasibətlərdə gərginliyin daha da genişlənməsinə səbəb oldu. Azərbaycanın həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində biz gördük ki, İrəvanla Kreml arasında olan münasibətlər daha da ziddiyyətli mərhələyə keçib. Artıq İrəvanda Rusiya əleyhinə etirazlar başlayıb. Bunun Cənubi Qafqaza təsiri olacaqdır. Rusiyanın Cənubi Qafqazda ənənəvi maraqları var və təsiri mövcuddur. 102-ci hərbi baza, KTMT-nin, Avrasiya iqtisadi birliyinin üzvi olan Ermənistan Rusiyaya qarşı dirəniş göstərməklə mənfi nəticələrlə üzləşməli olacaq. Uzun illər ərzində Rusiyaya sığınan Ermənistan bu gün Rusiyanı bəyənmir, müqavimət göstərir, təsirindən qurtulmağa çalışır və bu çox təzadlı bir formada baş verməkdədir”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə