“Fransa Ermənistandan alət kimi istifadə edərək Cənubi Qafqazda yerləşmək istəyir” POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ
“Fransa prezidentinin Ermənistana və oradan da Azərbaycana səfər edəcəyi ilə bağlı mətbuatda informasiyalar yayıldı. Ancaq dünən Ermənistanda olan Fransa səfiri bu haqda bəyanatla çıxış edərək bildirib ki, Makronun yaxın zamanlarda Ermənistana səfəri gözlənilmir. Təbii ki, Azərbaycanda da Makronu gözləyən yoxdur”. Bunu SİA-ya açıqlamasında politoloq Elşad Həsənov deyib.
Onun sözlərinə görə, son zamanlar Fransanın Ermənistanla əməkdaşlığı daha da güclənib: “Biz bunu Fransa ATƏT-in həmsədri olan dövrdə də gördük. Daim Fransa birtərəfli qaydada Ermənistanı dəstəkləmişdi. 44 günlük müharibə zamanı və ondan sonra da Fransa Ermənistanı dəstəkləyir. Makron öz çıxışlarında dəfələrlə böyük bacı olaraq onları dəstəkləndiyini bildirib. Bu da təbii ki, həm Azərbaycan ictimaiyyətində, həm də digər dövlət rəhbərlərində təəssüf hissi yaradıb. BMT Təhlükəsizlik Şurasının 5 ölkədən birinin üzvü olan Fransa belə bir birtərəfli mövqe tutur”. “Fransa Ermənistana nəyə görə bu qədər köməklik edir, onlara yaxınlıq göstərir və dəstək olur” sualına cavab olaraq Elşad Həsənov bildirdi ki, Fransada çoxlu sayda erməni yaşayır və onların diaspor sədri Muradyan ilə Makronun görüşləri sosial şəbəkələrdə dəfələrlə yayılıb: “Muradyan kriminal bir elementdir və Makronun prezident seçkilərində Makrona dəstək olub, ona yardım göstərib. Bunun qarşılığında Makron ermənilərə dəstək olmaq istəyir. Eyni zamanda, onu da bildirmək istəyirəm ki, son dövrlər Fransanın Afrika ölkələrindən çıxarılması, qovulması və son zamanlar isə Nigeriyada baş verən hadisələr onu göstərir ki, Fransa həmin ölkələrdə uduza-uduza gedir. Fransanı oradan çıxardan ölkələr var, bunlardan biri Türkiyə və digəri isə Rusiyadır. Bu baxımdan, Makron öz siyasətini davam etdirmək üçün Cənubi Qafqaza, yəni Ermənistana tərəf çıxır. Fransa burada Ermənistandan bir alət kimi istifadə edərək Cənubi Qafqazda yerləşdirmək istəyir. Ancaq bu, mümkün deyil. Çünki Cənubi Qafqazda Türkiyə və hələlik, Rusiya var. Ona görə də, onların siyasəti əbəsdir. Sadəcə olaraq, bədbəxt erməni xalqını, erməni siyasilərini bir alət kimi istifadə etmək üçün Fransanın əlinə verirlər. Bunların da sonu yoxdur, Fransa burada heç nə edə bilməyəcək. Baxmayaraq ki, onlar Ermənistana silah-sursat yardımları göstərirlər. Ancaq bunların heç bir köməyi olmayacaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB