"Ermənilər 44 günlük müharibənin nəticələri ilə barışmaq istəmir" POLİTOLOQ ŞƏRH ETDİ
“Ermənistanın şərti sərhəd ərazilərində törətdiyi təxribatlara rəsmi Bakının cavabı gecikmədən və təsirli şəkildə həyata keçirilməlidir”. Bunu SİA-ya açıqlamasında politoloq Fərhad Mehdiyev deyib.
Onun sözlərinə görə, diqqət olunsa Ermənistanın mövqeyi həm danışıqlar prosesində, həm də sərhəd təmas xəttində eynidir - qeyri-konstruktivdir“. Bu mövqeyini Ermənistan 44 günlük müharibədən əvvəl də ortaya qoyurdu. Belə çıxır ki, Ermənistan 44 günlük müharibənin nəticələri ilə barışmaq istəmir və razılaşmır. Belə halda hərbi münaqişənin sona çatdığını düşünmək olmaz. Bu səbəblə hər hansı düşmən hücumu əks hücumla qarşılanmalıdır və düşmənin döyüş vahidləri tam zərərsizləşdirilməlidir. Xatırladaq ki, son vaxtlar Ermənistan Azərbaycan sərhədində qarşı tərəfin mütəmadi təxribatları baş verir. Bundan başqa Qarabağdakı separatçılar rusiyalı sülhməramlı kontingentin müşayiəti ilə "Xankəndi" "Kərkicahan" "Xəlfəli" yolu ilə döyüş mövqelərinə silahlı sursat daşıyırlar”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB