“Ermənilər insanlıq və şəxsiyyət əleyhinə cinayətlər törədiblər” - QHT RƏSMİSİ ŞƏRH ETDİ

“Ermənilər insanlıq və şəxsiyyət əleyhinə cinayətlər törədiblər” - QHT RƏSMİSİ ŞƏRH ETDİ

“Ermənilər beynəlxalq hüquqda ən ağır cinayətlər törədiblər. Soyqırım, separatizm, işğal, terror, eyni zamanda da, ekoloji terror heyata keçiriblər. İşğal etdikləri ərazilərin tarixi abidələrini, məzarlıqlarını məhv ediliblər. İndi də Sərsəng su anbarında bu ekoloji terror davam edir”. Bunu SİA-ya açıqlamasında Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sərdi Emin Həsənli deyib.

Onun sözlərinə görə, zamanında Sərsəng su anbarının qarşısı tutulmuşdur və Azərbaycan illərlə bir neçə rayonunun kənd təsərrüfat bəyanatı üzrə o sudan istifadə edə bilmirdi: “Düzdü Suqovuşan azad ediləndən sonra bu problemin bir hissəsi həll edildi. Ancaq Sərsəngdə baş verən proseslər bizi narahat edir. Hesab edirəm ki, yaxın zamanlarda Azərbaycan dövləti buna son qoyacaq. Necə ki BMT Təhlükəsizlik Şurasının qətnamələrini Azərbaycan ordusu, Prezidenti və dövləti yerinə yetirdi. Sərsəng də azad olunacaq, o cümlədən Xankəndi, Xocalı, Xocavənd, Ağdərədə və Əsgəran da azad ediləcək. Bir sözlə, onların hər birində Azərbaycan bayrağı dalğalanacaq. Yəni bu problemlər birdəfəlik həllini tapacaq. Bunun həlli ancaq Azərbaycan dövlətindən və ordusundan keçir. Bunu beynəlxalq aləm və beynəlxalq birlik də bilir. Ancaq təəssüflər olsun ki, bu yöndə heç bir addım atılmamışdır. Soyqırımı törədənlər, separatizm həyata keçirənlər - Köçəryan, Sarkisyan kimilər qatil idi, cinayətkar idi. Ancaq beynəlxalq hüquq buna önəm vermir. İndi də bunun həlli yolu Azərbaycan dövlətindən və ordusundan keçir. Təəssüflər olsun ki, dünyada hələ də ikili standartlar var. Biz də ikili standartlardan ən çox əziyyət çəkən xalqıq"

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə