YAP Yasamal rayon ərazi partiya təşkilatında hesabat-seçki iclası keçirilib FOTOLAR
YAP Yasamal rayon “A.M.Şərifzadə küç. 762" ünvanında yerləşən (Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası) ərazi partiya təşkilatında hesabat-seçki iclası keçirilib. İclasda YAP Yasamal rayon təşkialtının sədri Bəxtiyar Nəbiyev, YAP Yasamal rayon təşkilatının sədr müavini Elnarə Mustafayeva, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının direktoru Elviz Qasımov və ərazi üzrə partiyanın üzvləri iştirak edib. İclas iştirakçılarını salamlayaraq giriş nitqi ilə çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki, ulu öndər Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası Azərbaycan dövlətinin müstəqilliyinin möhkəmləndirilməsində və inkişafında mühüm rol oynayıb. Tədbir iştirakçılarının diqqətinə çatdırılıb ki, ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi müdrik daxili və xarici siyasət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Qeyd olunub ki, Ali Baş Komandanın rəhbərliyi altında qısa zaman ərzində ərazi bütövlüyümüzün bərpası iqtisadiyyatımızın davamlı inkişafı üçün yeni imkan və perspektivlər açır. İşğaldan azad edilmiş torpaqlarımızda bərpa-quruculuq işləri, infrastruktur layihələrinin icrası uğurla davam etdirilir. Öz hərbi və siyasi gücünü nümayiş etdirərək tarixi Qələbə qazanan Azərbaycan şərəfli tarixinin ən yadda qalan, şanlı və qürurlu dövrlərindən birini yaşayır. Çıxışının sonunda B.Nəbiyev iclas iştirakçılarını Yeni Azərbaycan Partiyasının ictimai-siyasi həyatında aktiv olmağa çağırıb. Çıxış edən Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının baş həkimi Sərdar Əsədov bildirmişdir ki, hazırda ölkə Prezidenti İlham Əliyev tərəfindən Ulu öndər Heydər Əliyev siyasəti uğurla davam etdirilir. Bu istiqamətdə qarşımızda mühüm vəzifələr dayanır. Yeni Azərbaycan Partiyası da bu vəzifələri özünün siyasi strategiyasının əsas istiqamətləri hesab edir. Sonra “A.M.Şərifzadə küç. 762" ünvanında yerləşən (Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası) yerləşən ərazi partiya təşkilatında təşkilati məsələlərə baxılıb və yekdilliklə ərazi partiya təşkilatının sədri vəzifəsinə Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının direktoru Elviz Qasımov və sədr müavini vəzifəsinə isə direktor köməkçisi Kamal Cəfərov seçilib. E.Qasımov və K.Cəfərov da öz növbəsində ərazi partiya təşkilatının üzvləri tərəfindən göstərilən etimada görə minnətdarlıqlarını bildirərək həmin etimada layiq olacaqlarını ifadə ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB