Vətən müharibəsi iştirakçısından Tofiq Yaqubluya: "Bizdən deyilsən?!"

Vətən müharibəsi iştirakçısından Tofiq Yaqubluya: "Bizdən deyilsən?!"

Anar Miriyev: Əgər Yaqublu separatçılarla, döyüş yoldaşlarımın canı bahasına azad etdiyi torpaqlarımızı yenidən işğal etmək planı quran revanşistlərlə eyni mövqeni bölüşürsə, bunun adı Azərbaycan xalqına düşmən olmaqdır

Vətən müharibəsi iştirakçısı, jurnalist Anar Miriyev sosial şəbəkə hesabında Böyük Qayıdış və Laçın şəhəri günü ilə bağlı etdiyi paylaşımda Tofiq Yaqublunu sərt tənqid edib.
Paylaşımı diqqətinizə çatdırırıq: "Avqustun 26-da daha bir qürur yaşadıq. 5 il əvvəl xəyalının qururduq, nisgillə yaşayırdıq. O torpaqlara nə vaxt qayıdacağıq, Laçın, Şuşa həsrətimiz nə zaman bitəcək? Bitdi! Xəyalımız gerçək oldu. Müzəffər Ali Baş Komandanın həyata keçirdiyi siyasət və rəhbərlik etdiyi qalib Ordu yurdumuzu düşmən işğalından azad etdi. Artıq Laçında, doğma yurdumuzda Laçın şəhəri gününü qeyd edirik. Bu, ZƏFƏRİN TƏNTƏNİSİDİR! Cənab Prezidentin də qeyd etdiyi kimi, bu xoşbəxtliyi bizə bəxş edən bizim müzəffər Silahlı Qüvvələrimizdir. Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik. Onların qanı-canı bahasına, qəhrəman övladlarımızın şücaəti hesabına bu gün biz buradayıq, bu gün biz doğma torpağımızda bayram şənlikləri keçiririk. Bundan böyük xoşbəxtlik ola bilməz! Laçına qayıdışımızı, şəhər günümüzü qeyd etmək haqqımızdır. Biz o torpaqları döyüşərək, şəhid verərək azad etmişik. Mən Vətən müharibəsi iştirakçısı kimi bunun nə demək olduğunu yaxşı bilirəm. Yurd həsrətimizin bitməsi, evinə qayıdan laçınlıların gözlərindəki sevinci görəndə müharibənin ağrı-acısını xoşbəxtlik hissi əvəz edir. Döyüş yoldaşlarımla fəxr edirəm! Amma sosial şəbəkədə oxuyanda ki, Tofiq Yaqublu işğaldan azad edilmiş ərazilərə qayıdışı "nağıl" adlandırır, bu, ürəkbulandırır. İşğaldan azad edilmiş ərazilərimiz, orada aparılan quruculuq işləri, insanların evlərinə qayıdışı siyasətüstüdür. Buna sevinməmək üçün gərək azərbaycanlı olmayasan. Amma bu da yetmir. Hər bir azərbaycanlı bununla ancaq fəxr edir, qürur duyur. Fəxr etməyən ancaq düşmənlərimizdir. Separatçılar, revanşistlər Laçın şəhəri gününü hədəf seçdilər, bir də Tofiq Yaqublu. Niyə? Əgər Yaqublu separatçılarla, döyüş yoldaşlarımın canı bahasına azad etdiyi torpaqlarımızı yenidən işğal etmək planı quran revanşistlərlə eyni mövqeni bölüşürsə, bunun adı Azərbaycan xalqına, dövlətinə düşmən olmaq, düşmənin təbliğatına dəstək verməkdir. Yaqublu revanşistlərlə birlikdə Azərbaycan dövlətinin əleyhinə sinxron qarayaxma kampaniyası həyata keçirir. Eyni mərkəzdən idarə olunursunuz - başqa qənaət yaranmır. Bu qədər insanın yurd həsrəti bitir, doğma ocaqlarına qayıdırlar, amma Yaqublu bunu "nağıl" adlandırır. Niyə?! Qrant üçünmü? Torpaqlarımızın azad olunmasını, insanlarımızın yurd həsrətinin bitməsini və doğma ocaqlarına qayıtmasını niyə qəbul edə, həzm edə bilmirsən, ay Yaqublu? Bir erməni separatçılar, revanşistlər bunu qəbul edə bilmir, bir də sən! Bizdən deyilsən?!".

Bütün xəbərlər Facebook səhifəmizdə