“Azərbaycan xalqı özünün yeni inkişaf mərhələsini yaşayır” - DEPUTAT DANIŞDI
“Vətən müharibəsinə qədər Azərbaycanda hər il bu və ya digər rayonumuzun işğal günü qeyd edilirdi. Bu, ağır və çətin günlər idi. Lakin inanırdıq ki, cənab Prezidentin yürütdüyü siyasət nəticəsində mütləq torpaqlarımız azad ediləcək, belə də oldu. Bu yaxınlarda isə cənab Prezidentin sərəncamı ilə işğaldan azad edilən günlər həmin ərazilərin şəhər günü kimi qeyd ediləcək”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.
Onun sözlərinə görə, ilk dəfə olaraq Laçın günü qeyd olundu:
“Laçının çox qısa bir zamanda azad edilməsinə baxmayaraq şəhər yenidən qurulub, inkişaf etdirilib və rayon sakinləri öz evləri, yurdlarına geri qayıdıblar. Hətta sosial şəbəkənin erməni seqmentində ən sərt tənqidçilər belə Azərbaycanın qısa zamanda işğaldan azad etdiyi ərazilərini bərpa etməsini qeyd etməyə məcbur olur.
Laçın şəhər gününün qeyd edildiyi tədbirdə cənab Prezidentin iştirak etməsi isə xüsusi əhəmiyyət kəsb edir. Dövlət başçısı Laçında görülən işlərlə tanış oldu, əhaliyə səmimi söhbətlər etdi.
Qarşıdan digər ərazilərimizin şəhər günləri yaxınlaşır və onların da bu cür möhtəşəm qeyd edilməsi gözləniləndir. Bütün dünya Azərbaycanın öz torpaqlarını necə sahibləndiyini şahidi olur. 44 günlük əzəmətli qələbəmiz öz nəticəsini verir. Bu gün birmənalı şəkildə deyə bilərik ki, Azərbaycan öz suveren hüquqlarını bütün sahələr üzrə həyata keçirir.
Azərbaycan xalqı özünün yeni inkişaf mərhələsini yaşayır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB