BMT Təhlükəsizlik Şurasındakı fiaskoya görə ERMƏNİSTANDA REZONANS – TƏHLİL
BMT Təhlükəsizlik Şurasının məhz Ermənistanın xahişi ilə Azərbaycanın Qarabağ bölgəsindəki vəziyyəti müzakirə etmək üçün toplaşması fonunda rəsmi Bakıya İrəvanın təsyiq cəhdi baş tutmadığından işğalçı ölkədə qarışıqlıqlar daha da artıb. Ermənistanın müttəfiqləri tərəfindən sülh prosesinə müdaxilənin qarşısı məhz Azərbaycan tərəfindən alındığı səbəbindən, heç bir sənəd qəbul edilmədiyi səbəbindən, hətta dünya mətbuatının belə bu hadisəyə az əhəmiyyət verdiyindən Ermənistanda rezonans yaranıb.
Bəlkə də, elə zənn edənlər var idi ki, Paşinyan “qələbə” iddiasında olub. Amma bir çox erməni yaxşı başa düşürdü ki, erməni baş nazir sadəcə olaraq ölkə daxilindəki müxalifətin ona qarşı çıxmaması, hansısa formada yerini laxlatmaması üçün bu addımı atmaq məcburiyyətində qalıb. Bir sözlə, yenə də Nikol daxili auditoriyaya hesablanan addım atmalı olub. Narazılıqların qarşısını almaq, bununla da öz kürsüsünü, hakimiyyət kreslosunu qorumaq niyyəti ilə hər addıma hazır olan erməni baş nazirinin də, onun hakimiyyət komandasının da, ümumilikdə, erməni diplomatiyasının da sözügedən beynəlxalq təşkilatda məğlubiyyəti, fiaskoya uğraması isə nə qarışıqlıqların, nə də artıq müşahidə olunan reznansın qarşısını ala bilmədi. Vovayeviçin, onun hakimiyyət komandasının bu dəfə də uğursuzluğa düçar olması həqiqətən də erməni cəmiyyətini əməlli-başlı silkələyib və artıq vəziyyət işğalçı ölkə hakimiyyəti üçün heç də arzulunan deyil, çünki həmin ölkə vətəndaşları küçə nümayişçisinin yalanlarından, yalançı vədlərindən, uğursuzluğundan və ümumiyyətlə, məğlubiyyətlərindən cana yığılıb.
Təkcə Ermənistanın deyil, bu ölkənin havadarlarının, ermənipərəst qüvvələrin belə BMT Təhlükəsizlik Şurası bəyanatının uğurlu olacağı arzuları puç oldu. Bunu erməni mediası özü də açıq-aydın şəkildə etiraf edir. Etiraf edir ki, heç bir qətnamədən söhbət gedə bilməz və bunu bütün ölkələr, eləcə də ermənipərəstliyi ilə seçilən Fransa da qəbul etməli oldu. Çünki hər biri fakt qarşısında qaldı. Fakt isə onu deməyə əsas verir ki, Ermənistan tərəfi heç nəyə nail ola bilmədi. “Ərzaq və dərman çatışmazlığı, eləcə də elektrik enerjisinin verilişinin kəsilməsi barədə mütəmadi məlumatlardan xəbərdardır”, deyən BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya İdarəsinin Əməliyyatlar və Vəkillik üzrə direktoru Edem Vosornu etiraf edib ki, vəziyyətlə bağlı məlumatın doğruluğunu təsdiq edə bilmir. Ən maraqlı, eləcə də diqqətçəkən məqam isə, onun məhz Ermənistan da daxil olmaqla, hamını “humanitar səyləri siyasiləşdirməməyə” çağırması olub. Elə təkcə bu çağırış özü hər zaman erməni mövqeyini dəstəkləyən Fransa üçün yetərli idi və görünür bu ölkənin siyasi immunitetinin aşağı düşməsi də təsadüfi deyildi. Rəsmi Parisin bu dəfə də Azərbaycanın qələbəsini həzm etmək məcburiyyətində qalması elə məhz bu baxımdan səbəbdiz sayılmır. Fransaya da olsa gözünü dikən ermənilərin öz ölkələri daxilində bir qarışıqlıqla qarşılaşmaları əlbəttə ki, başadüşüləndir. Çünki ölkələrinin də, havadarlarının da tamamilə gücsüz, çarəsiz və məğlub durumda qaldığını, Azərbaycanın isə dəstəkləndiyini müşahidə etməli oldular.
Ölkəmizi dəstəkləyənlər arasında təkcə qardaş ölkə olan Türkiyə deyildi. Faktiki olaraq Çin kimi bir qüdrətli dövlət də Azərbaycanın tərəfində idi və heç də nə İrəvanın, nə də digərlərinin fikirlərini təkrarlamadı və məzələnin həlli ilə bağlı ölkələrin özlərini kompromislar axtarmağa çağırdı. Deməli, yalanlarının ayaq tutub yeriməsi ümidi ilə yaşayanların ümidləri puça çıxdı. Heç Rusiya belə erməniləri qane edə biləcək mövqe sərgiləmədi. “Problemlər istənilən halda Bakı ilə İrəvan arasında həll olunmalıdır və kənardan tətbiq edilən heç bir sxem və həll yolu onların dialoqunu əvəz edə bilməz” deyən rusiyalı nümayəndə əslində, bununla dolayısı ilə bildirib ki, ermənilərin oyunlarına kiminsə alət olmaq niyyəti yoxdur. Təsəvvür etmək çətin deyil ki, rusları özlərinə böyük qardaş hesab edənlərin indi halı bundan sonra necədir. Hayların nə hayda olduqları barədə hər kəsin bundan sonra artıq hər kəsə bəlli olar. Yəni, Ermənistanda rezonansın səbəbdiz olmadığı göz önündədir və çətin ki, belə bir rezonans mövcud Ermənistan hakimiyyətinə ucuz başa gələ.
İndi erməniləri daha çox qıcıqlandıran səbəb həmin o növbədənkənar iclasda Ermənistan tərəfinin özünə müttəfiq saydığı ölkələrin daimi nümayəndələrinin hansısa qətnamənin qəbul edilməsinə həm təsirinin, həm də marağının sıfır səviyyəsində olması idi. Əvvəla, təsirinin sıfır səviyyəsində olması əbəs yerə deyildi, Azərbaycanın, onun həqiqətlərinin, yaratdığı reallıqlarının nəzərə, hesaba alınması, bununla hesablaşılması idi ki, bu da rəsmi Bakının növbəti diplomatik qələbəsi sayılır. Digət tərəfdən də axı müttəfiqlərinin qətnamənin qəbul edilməsinə marağının olmaması onu göstərir ki, onların Ermənistanla müttəfiqliyi çox şərtidir. Daha dəqiq desək, ermənilər gördülər ki, ölkələri ilə müttəfiq olan ölkələr onlardan alət olaraq istifadə edirlər və niyyətləri hayların nəyə isə nail olması yox, Cənubi Qafqazda olan bu ölkədən öz məqsədləri üçün istifadə etməkdən ibarətdir.
Xarici siyasətlərində, eləcə də nəzərdə tutduqları çirkin niyyətlərində uğursuzluqla qarşılaşan ermənilər çaşqın vəziyyətdədirlər. Bu çaşqınlıq təkcə küçə nümayişçisi Nikol Paşinyana deyil, bütövlükdə erməni cəmiyyətinə baha başa gələ bilər. Bunu hamıdan yaxşı bilən bir zamanlar əli sarıqlı, belində çanta küçələrdə var güçü ilə çığıran və manipulyasiyaları hesabına, eləcə də Qərbin dəstəyi sayəsində aranı qarışdıran, bulanıq suda balıq tutanlar misalında hakimiyyət kürsüsünü qamarlayan Nikol Paşinyandır. O, bilir ki, belə bir çaşqınlıq, bu cür qarşıqlıqda kimsə onun özünü də, hakimiyyətini də hesaba belə almaya bilər. Bu zaman isə təkcə onun kürsüsü deyil, bütövlükdə Ermənistanın qondarma da olsa müstəqilliyi, süverenliyi, hətta dövlətçiliyi belə əldən gedə bilər. İndi Paşinyan bilir ki, ölkəsindəki rezonansın fonunda kimlərsə özü kimi yararlana, bundan istifadə edə bilər, istənilən anda təzyiqlərlə üzləşə bilər və hətta qarşıqlıq, xaos elə bir vəziyyətə gətirib çıxara bilər ki, vətəndaş müharibəsi yaransın, hansıki bu, işğalçı ölkənin bu dəfə dərhal tarixin arxivinə yazılması deməkdir. Əbəs yerə deyildi ki, erməni baş nazir yenə də daxili auditoriyaya hesablanmış çıxışı ilə yalanlar söyləyir, erməni cəmiyyətini, Ermənistan ictimaiyyətini aldatmağa çalışır.
Tənqiddən, daxili auditoriya tərəfindən qınanılmasından qorxan Nikol ermənilərin iddialarını guya qlobal səviyyədə səsləndiriyini erməni cəmiyyətinin gözünə soxmaq istəyir. Onsuz da revanşist dairələrə güzəştə getmək məcburiyyətində qaldığı açıq-aydın şəkildə çoxdandır bəlli idi. Bu dəfə həmin qüvvələrə nə bəhanə edəcəyini, nə kimi uydurma səsləndirəcəyini özü də bilməyən Paşinyan çaş-baş qalıb. Artıq nə uydurmaları, nə yalanları, nə illüziyaları, nə də 2018-ci ildə istifadə etdiyi Qərbin sühirli çubuğunun kara gəlmədiyini özü hamıdan yaxşı bilir. Yaxşı bilir ki, heç kimi inandıra bilməyəcəyi qondarma və dırnaqarası “humanitar yardım”, “fəlakət”, “soyqırım” kimi nağıllarına qulaq belə asan yxdur və bu vəziyyətdə daxili auditoriyanı “kiridə bilməsi” müşkül məsələdir.
Diqqətə çatdıraq ki, erməni cəmiyyətini qarışdıran, orada doğan rezonansın səbəbləri bəllidir və bu, təkcə sonuncu dəfə üzləşdikləri məğlubiyyətləri yox, ermənilərin artıq reallıqlarla qarşılaşmalarıdır. Bunlar, bu reallıqlar isə bir deyil, iki deyil, həddindən artıq çoxdur. Amma məsələ burasındadır, onları ən çox qıcıqlandıran Azərbaycana təzyiqlərin mümkünsüzlüyünü öz gözləri ilə görmələri, növbəti dəfə buna əmin olmalarıdır. Ermənilər gördülər və bir daha əmin oldular ki, İrəvanın BMT vasitəsilə Bakıya təzyiq etmək planları təkcə erməni cəmiyyətinin deyil, heç dünya güclərinin də gücü daxilində deyil. Görülər ki, Azərbaycan sülh prosesindən də, mövqeyindən də əl çəkmir. Dərk etdilər ki, Moskva, Vaşinqton və ya Brüssel hansısa bir lazımsız jestlə Bakıya qarşı mövqe sərgiləsə, İrəvanla danışıqlar dərhal dayandırıla bilər. Bəli, Azərbaycan hökuməti sülh prosesini öz nəzarətində saxlayır və istənilən vaxt bu prosesin hansısa vasitələrlə, o cümlədən hərbi yolla pozulmaması da rəsmi Bakı tərəfindən qrunur. Amma dərk edirlər ki, istənilən lazımsız jestdən sonra qorunmaya da bilər və bu, Ermənistana çox baha başa gələr, necə ki, 44 gündə bunun şahidi oldular. Deməli, bilirlər və bu halda özləri də qəbul edirlər ki,
Bundan əlavə, dünya dövlətləri başa düşürlər ki, Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tam formatda müdafiə edir. Üstəlik, fövqəldövlətlərin psevdohumanitar bəhanələrlə digər ölkələrə təklif etdikləri, bu ölkələri öz ərazilərində ümumiyyətlə nəzarət etmək və ya hər hansı bir şey etmək imkanından məhrum edən kəsilmiş versiyada deyil. İstənilən etnik mənşəli azərbaycanlılardan ibarət Azərbaycan xalqının hüquqları onun bütün torpaqlarında tam suverenliyinin zəruriliyi deməkdir. BMT Təhlükəsizlik Şurasındakı fiaskoya görə Ermənistanda olan rezonans daha çox ağır nəticələrə gətirib çıxara bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB