“Azərbaycan problemi kökündən həll edəcək” - POLİTOLOQ ŞƏRH ETDİ

“Azərbaycan problemi kökündən həll edəcək” - POLİTOLOQ ŞƏRH ETDİ

“Qarabağ erməniləri demək olar ki, bütün danışıqlar prosesindən çəkilib. Halbuki Yevlaxda görüş keçiriləcək, proseslər müsbətə doğru gedəcəkdi. Amma separatçı qüvvələr yenə də sülhdən yayındılar”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
Onun sözlərinə görə, Ermənistan silahlı təxribatlar törətməyə cəhd edir: “Ümumiyyətlə, ermənilərin başqa seçimi yoxdur. Çünki Azərbaycanın suveren ərazilərində yerləşiblər və istənilən halda Azərbaycan problemi kökündən həll edəcək.

Azərbaycan qarşı tərəfə alternativ yol təklif edir. Çünki Ermənistanın bir xarici dövlət kimi Azərbaycan ərazisində fəaliyyəti qəbuledilməzdir. Dövlətimiz heç zaman buna imkan verməyəcək, buna görə də Qarabağ erməniləri əvvəl-axır Azərbaycanın şərtləri ilə razılaşmalı olacaqlar. Buradakı mülki ermənilərin separatçıların girovudur və konkret olaraq Azərbaycanla şərtlərlə danışırlar. Azərbaycan isə onların şərtlərini heç bir halda qəbul etməyəcək”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə