“Ermənistan şou yaradaraq, Azərbaycan əleyhinə siyasi kampaniya aparır” - POLİTOLOQ DANIŞDI

“Ermənistan şou yaradaraq, Azərbaycan əleyhinə siyasi kampaniya aparır” - POLİTOLOQ DANIŞDI

“Tır şousu” 20 günə yaxındır ki, davam edir. Bu şou Qarabağa yardım yardım göndərmək məqsədilə təşkil olundu. Sərhədə yola düşən tırlardan canlı olaraq Ermənistan televiziyalarının reportajlar hazırlaması isə bunun bir şou olduğunu açıq şəkildə göstərdi”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov deyib.
Onun sözlərinə görə, tırlar Azərbaycanın xəbəri olmadan ərazimizə gəldikdə Laçın nəzarət-buraxılış məntəqəsində saxlanılaraq, onların Azərbaycan ərazisinə keçməsinə icazə verilmədi: “Çünki baş verənlərdən dövlətimizin xəbəri yox idi. Ermənistan hakimiyyəti çox yaxşı bilirdi ki, Azərbaycan buna imkan verməyəcək. Bundan sonra isə onlar şou proqramlarını davam etdirdilər. Həmin əraziyə İrəvanda akreditasiya olunmuş diplomatlar, BMT nümayəndəsi və digər xarici nümayəndələr gətirilərək, canlı yayımlar etdilər. Bununla da Qarabağdakı ermənilərin acından ölmələri ilə bağlı heç bir əsası olmayan şounu bütün dünyaya car çəkdilər.

Lakin biz alternativ olaraq Ermənistana Ağdam-Xankəndi yolunu bildirdik. Onlar isə prinsip apararaq, razılaşmadılar. Məğlub bir ölkə olaraq Ermənistan bu gün ərazilərimizdə istədiyinə nail olmağa çalışır. Bu isə mümkün deyil. Biz məsələni Avropa İttifiqana bildirdik, onlar da Ağdam-Xankəndi yolu ilə razılaşdılar. Ermənilər isə razı olsalar da, son anda fikirlərini dəyişdilər. Bu da göstərir ki, Ermənistan, sadəcə, şou yaradaraq Azərbaycan əleyhinə siyasi kampaniya aparır. Kampaniyanın nəticəsi olaraq isə Laçın dəhlizi məsələsi BMT TŞ-nin iclasına çıxarıldı.

Ermənistan revanşist qüvvələri Azərbaycanla yenidən müharibəyə can atır, vəziyyəti daha da gərginləşdirmək istəyirlər. Bu isə təbii ki, ilk növbədə, onların özünə zərər vuracaq”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə