"Azərbaycan kiminsə leyhinə və ya əleyhinə siyasət yeritməyəcək" - DEPUTAT ŞƏRH ETDİ
“Azərbaycan Prezidenti İlham Əliyevin "Euronevs” Televiziyasına verdiyi müsahibədə Rusiya haqqında dedikləri iki reallığı ortaya qoyur”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Sahib Alıyev deyib.
“Birinci reallıq ondan ibarətdir ki, Azərbaycanın Rusiyaya yanaşması ilk növbədə özünün milli maraqlarına söykənir. Məhz ona görə də dövlət başçısı vurğulayıb ki, Rusiya və Azərbaycan arasında tarazlaşdırılmış və bir-birinin suverenliyinə dayanan əlaqələr mövcuddur. Ona görə də həmin dövlətə yanaşmada Azərbaycan bu reallıqdan çıxış edir”-, deyə o əlavə edib.
Deputatın fikrincə ikinci nəzərəçarpan cəhət odur ki, Azərbaycan Prezidenti bir daha dövlətimizin hər hansı bir kampaniyaya qoşularaq kiminsə əleyhinə və ya leyhinə siyasət yeritməyəcəyini, ikitərəfli əlaqələrdə olduğu kimi çoxtərəfli əlaqələrdə də balansa üstünlük verəcəyini diqqətə çatdırıb: “Sözügedən balans yalnız Azərbaycan dövlətinin müstəqil siyasət yeritməsinə dayanır”.
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB