DSX: Dövlət sərhədini pozan Ermənistan vətəndaşı saxlanılıb

DSX: Dövlət sərhədini pozan Ermənistan vətəndaşı saxlanılıb

Avqustun 1-də Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Laçın rayonunun Zabux kəndi ərazisindən keçən hissəsində dövlət sərhədini pozmuş Ermənistan vətəndaşı 1962-ci təvəllüdlü Begleryan Rashid Aramayis saxlanılıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə